Münster Sarayı

Münster SarayıMünster şəhərində saray.[3] Saray şahzadə-yepiskopların keçmiş iqamətgahıdır.

Münster Sarayı
Fürstbischöfliches Schloss Münster
Xəritə
51°57′49″ şm. e. 7°36′47″ ş. u.
Ölkə
Tikilmə tarixi 1787
Üslubu barokko
Rəsmi sayt uni-muenster.de/de/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hal-hazırda Münster Universitetinin əsas binası və simvoludur.

Qala 1767—1787-ci illərdə Barokko üslubunda tikilib.

İkinci Dünya müharibəsi zamanı sarayın bir hissəsi dağıdılmlşdır.

1946-cı ildə sarayın bərpası ilə bağlı işlərə başlanıldı. 1947-ci ildə tikinti işlərinin rəsmi icazəsindən sonra, sarayın inzibati-tədris binasının torpaqları universitetin tabeliyinə verildi.

1949-cu ilin yanvarında sarayda universitet tələbələri üçün ilk mühazirələr oxundu.

1950-ci ilin iyununda sarayın bərpasının başa çatması münasibətilə bayram tədbiri keçirildi. Sarayın bərpası təxminən 2,5 milyon markaya başa gəldi.

1954-cü ildə saray Münster Universitetinin əsas binası oldu. Saray parkı universitetin Botanika bağına çevrildi. Münster Sarayına aid bütün digər binaları da universitetin mülkiyyətindədir.[4]

Saray barokko üslubunda qırmızı kərpicdən tikilib. Bina mərkəzi oxa görə tamamilə simmetrikdir. Şimaldan cənuba uzanan binanın şərqə baxan iki qanadı var və onlar ön həyəti təşkil edir.

  1. 1 2 archINFORM (alm.). 1994.
  2. 1 2 Corpus of Baroque Ceiling Painting in Germany.
  3. "Arxivlənmiş surət". 2024-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  4. "Arxivlənmiş surət". 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  • Bernd Fischer: Münster und das Münsterland, 5th edn., DuMont Buchverlag, Köln 1989, ISBN 3770112784, pp. 78–82
  • Jürg Meyer zur Capellen (ed.): Kunstraum Schloss. Rhema-Verlag, 2005, ISBN 3930454491
  • Martin Klöffler: Festungs-Inventar (9th edition, revised and expanded), Düsseldorf 2010 (IngenieurGeograph.de), p. 44.
  • Hubert Naendrup: Das Schloss in Münster, Eine Symphonie von Leben, Tod und Unsterblichkeit, Münster 1928, Verlagsanstalt F. Bruckmann AG, München