Müqəddəs Elm işıqları

Müqəddəs Elm işıqları və ya Müqəddəs Elmo işıqları (ing. Saint Elmo's fire, Saint Elmo's light) Atmosferdə elektrik sahəsinin yüksək gərginliyi səbəbi ilə, hündür obyektlərin ( Qüllələrin, tənha ağacların, qayaların) iti uclarında əmələ gələn cərəyan. Adətən parıldayan kiçik topalar şəklində və ya işıq saçan fırçalar formasında müşahidə edilir.

Müqəddəs Elm işıqları elektrik sahəsində gərginliyin 500B/m həddini aşması nəticəsində əmələ gəlir. Bu cür yüksək gərginlik adətən tufan zamanı və ya qış çovğunları səbəbi ilə yaranır.

Bu təbiət hadisəsi Katolik dənizçilərin müqəddəs hesab ettdikləri Elm (Erazm) adlı şəxsin şərəfinə belə adlandırılıb.

Vulkanik kül buluduna daxil olmuş təyyarənin xarici səthində də əmələ gələ bilər.

Boeing 747 hadisəsi[redaktə | mənbəni redaktə et]

1982 ci il 24 iyun tarixində BA 009 nömrəli reyslə İngiltərədən Avstraliyaya uçan Boeing 747 tipli sərnişin təyyarəsi 11 000 metr yüksəklikdə ikən, Qalunqqunq vulkanının püskürməsi səbəbi ilə əmələ gəlmiş kül buluduna daxil olmuşdur. Ekipajın və sərnişinlərin bunu bilməməsi vəziyyəti daha da çətinləşdirmişdir. Yava adasından cənubda Hind Okeanı üzərindəykən ikinci pilot təyyarənin xarici səthində Müqəddəs Elm işıqlarını görür.

İllüminatorlarından təyyarənin qanadlarını və mühərriklərini görən sərnişinlər də eyni hadisənin şahidi olurlar. Bir müddət sonra 4 mühərrik birdən sönür. Ön şüşədən Elm işıqlarından başqa heç nə görməyən pilotlar, buluddan çıxdıqdan sonra mühərrikləri işə sala bilir.

747-ba9.png
747-BA9

Elm işıqları artıq görünməsə də, ön şüşə cızılmış və tamamilə şəffaflığını itirmişdi. Ekipaj Cakartaya vizual görüntü olmadan, hava limanını görmədən təcili eniş həyata keçirir. Sonradan keçirilən ekspertiza nəticəsində müəyyən edilir ki, Müqəddəs elm işıqlarının müşahidə edilməsinə və mühərriklərin sıradan çıxmağına səbəb - kiçik vulkanik kül hissəciklərinin yüksək sürətlə uçan təyyarə ilə toqquşması idi.

Hal-hazırda Müqəddəs Elm işıqlarını süni yolla meydana gətirilmə metodları mövcuddur. Bu metodlardan bəziləri o qədər sadədir ki, ev şəraitində də həyata keçirilə bilər. Misal üçün: Qaranlıq otaqda sintetik köynəyi əyninizdən çıxarıb, iynəni ona yaxınlaşdırsanız, müəyyən məsafədən iynənin ucunda kiçik cərəyan görə bilərsiniz.

Mənbə[redaktə | mənbəni redaktə et]