Müqəddəs Maksimin abbatlığı


Müqəddəs Maksimin abbatlığı (alm. Reichsabtei St. Maximin‎) Almaniyanın Reynland-Pfalz bölgəsində, Trirdə suveren hakimiyyətə malik Benediktin ordeni monastırı idi.

Tarixi dövlət
Müqəddəs Maksimin abbatlığı
alm. Reichsabtei Sankt Maximin in Trier
Gerb
Gerb
Müqəddəs Maksimin abbatlığı (ortada) Müqəddəs Paulin kilsəsi (solda) və Trir şəhər divarı. Oyma iş, təq. 1646
Müqəddəs Maksimin abbatlığı (ortada) Müqəddəs Paulin kilsəsi (solda) və Trir şəhər divarı. Oyma iş, təq. 1646
 
 
 — 1669

İdarəetmə forması Teokratiya
Davamiyyət
Almaniya
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ənənəvi olaraq Qərbi Avropanın ən qədim monastırlarından biri hesab edilən abbatlığın əsasının IV əsrdə Trirli Müqəddəs Maksimin tərəfindən qurulduğuna inanılırdı. Maksimin və Tririn digər yepiskopları, köhnə xristian qəbiristanlığında yerləşən kilsədə dəfn edilmişdi və öncələr Müjdəçi Yəhyaya həsr olunmuş kilsə sonradan Maksimin adını aldı. VI əsrdə Benediktin ordeni burada bir monastır tikdi. 882-ci ildə normanlar tərəfindən dağıdılmış[1] və 942–952-ci illərdə yenidən tikilmişdir. 13-cü əsrdə yanğın nəticəsində dağılmış və əvvəlki tikililərin planı əsasında yenidən tikilmişdir.

Trir arxiyepiskopu Albero de Montroy (h. 1131–1152), XII əsrin əvvəllərində abbatlığı öz yurisdiksiyasına tabe etmək istəsə də bacarmadı. Abbatlığın bilavasitə imperatora tabe olmaq məsələsi (alm. Reichsunmittelbarkeit‎) əsrlər boyu mübahisə məsələsi olmuşdu. Bu mübahisə 1669-cu ildə abbatın rəsmi olaraq Trir kürfürstünü öz senyoru kimi tanıması ilə bitdi.

1674-cü ildə monastır fransız qoşunları tərəfindən tamamilə dağıdıldı. 1680–1684-cü illər arasında yenidən qurulmuşdu, lakin o dövr üçün qeyri-adi olaraq hələ də qotik formada idi. Monastır 1802-ci ildə dünyəviləşdirildi. Monastır binaları müxtəlif dünyəvi məqsədlər üçün istifadə edildi — kazarma, həbsxana, məktəb və s. Müstəqil giriş qapısı istisna olmaqla, İkinci Dünya Müharibəsində tamamilə məhv edilmişdi. Hazırda onun yerində bir məktəb yerləşir. Müqəddəs Maksimin kilsəsi müharibədən salamat çıxdı, lakin konsekrasiyası ləğv edildi və 1979–1995-ci illər arasında dünyəvi istifadəyə verildi. 1995-ci ildən bəri o, akustikası ilə məşhur olan konsert zalı kimi fəaliyyət göstərir.

  1. "Nortmanni Treverim cum monasterio sancti Maximini vastantes Galliam cremaverunt", Annales S. Maximini Trevirensis in Monumenta Germaniae Historica, Scriptorum seriyası, II:213 (Warren Sanderson, "The Early Mediaeval Crypts of Saint Maximin at Trier Arxivləşdirilib 2022-06-02 at the Wayback Machine", The Journal of the Society of Architectural Historians 24.4 (Dekabr 1965:303–310) səh. 304 qeyd 1.