Müqəddəs Mariya Maqdalena kilsəsi (çex. Kostel svaté Máří Magdaleny) — Çexiyanın kurort-şəhəri Karlovı Varının mərkəzində yerləşən katolik kilsəsi. Barokko üslubunda kilsə məşhur memar Kilian İqnats Dintsenhofer tərəfindən 1732-1736-cı illər arasında inşa olunmuşdu. Kilsə isti termal bulaqlar kolonnadası (çex. Vřídelní kolonáda) ilə üzbəüz yerləşir və şəhərin əsas dominantlarından sayılır.
Müqəddəs Mariya Maqdalena kilsəs | |
---|---|
Kostel svaté Máří Magdaleny | |
50°13′12″ şm. e. 12°52′48″ ş. u. | |
Ölkə | Çexiya |
Şəhər |
Karlovı Varı Karlovı Varı vilayəti |
Yerləşir | Vrjidelni küçəsi, Geyzerlə üzbə-üz |
Aidiyyatı | Roma-Katolik kilsəsi |
Memar | Killian İqnats Dintsenhofer |
Tikilmə tarixi | 1732-1736 |
Üslubu | Barokko memarlığı |
Material | kərpic |
İstinad nöm. | 4-870 |
Kateqoriya | Kilsə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Orta əsr qotik kostyolu ətrafındakı qəbiristanlıqla birlikdə Karlovı Varının Geyzer adlanan təpənin üzərində XIV əsrin ikinci yarısında tikilmişdir. 1518-ci ildə İntibah üslubunda yenidən qurulan kilsəyə XVIII əsrin əvvələrində yanğın nəticəsində çox böyük zərər dəyir, buna görə şəhər bələdiyyəsi onun sökülməsini və şəhərdə yeni məbəd tikilməsini qərara almışdır.
Gələcək kilsənin ilk təməl daşı 27 aprel 1733-cü ildə qoyulmuşdur. İnşa üçün şəhər hakimiyyətinə bir neçə təklif təqdim edilmişdir. Yüksək barokko üslublu yeni binanın layihəsi isə istedadlı alman memarı Kilian İqnats Dintsenhofer tərəfindən hazırlanmışdı. Kilsənin inşası 1736-cı ildə başa çatmışdı və tikinti xərcləri ümumilikdə 95 min qızıla bərabər idi. Hazır olduqdan sonra o öz gözəlliyinə görə, nəinki Karlovı Varının, həmçinin bütün Çexiyanın ən mühüm abidələrindən birinə çevrilmişdi. Kilsənin ətrafındakı qəbiristanlıq ərazisi 1784-cü ildə ləğv edilmişdir. Qəbiristanlıqda uyuyan mərhumların qalıqları isı kilsə daxilində hazırlanmış unikal yeraltı kapellaya yerləşdirilmişdir. Həmçinin kilsədə kostnice, yəni sərdabənin də yaradılması nəzərdə alınmışdır. 1861-ci ildə, kilsənin yenidən qurulması zamanı onun zəng qüllələrin ikisi sökülərək soğan qübbə ilə bəzədilmiş yeniləri ilə əvəz olunmuşdur. 1897-ci ildə kilsənin növbəti yeniləmə işləri zamanı hazırda onun ətrafındakı terraslar yaradılmışdır. Kilsənin növbəti böyük bərpa işləri 1948-1950-ci illərdə, İkinci dünya müharibəsindən sonra həyata keçirilmişdir.
2010-cu ildə, bu gözəl kilsə Çex Respublikasının Mədəniyyət və Milli abidəsi statusu almışdır[1]. Yeraltı sərdabə ilə ekskursiya çərçivəsində tanış olmaq mümkündür. Yarandığı ildən və 1989-cu ildə baş vermiş Məxməri inqilabdan sonra kilsə Qırmızı Ulduzlu xaç cəngavərləri tərəfindən idarə olunur.
Kilsənin ətrafındakı ekskursiya trassası hər il may ayından başlayaraq sentyabrın sonuna qədər ictimaiyyətə açıqdır. Bundan başqa Karlovı Varı Kino festivalı keçirilən günlərdə kilsədə təşkil olunan axşam ekskursiya fürsətindən də (saat 20:00-22:00-dək) istifadə etmək məsləhət görülür. Oktyabr ayından aprelə kimi kilsə mağarasına və sərdabələrə ekskursiyalar ancaq əvvəlcədən rezervaiya edilmiş qruplar üçün təşkil oluna bilər.
Kilsənin daxili interyerlərini qiymətli altar ikonaları, zəngin barokko heykəlləri, altar plastikləri və qotik üslublu Tanrı anasının heykəli bəzəyir. Bütün bu gözəllikləri, kilsədə hər gün keçirilən ibadət zamanı görmək olar. Həmçinin yerin altında yerləşən kriptada araqonit və noxud daşından hazırlanmış Müqəddəs tanrının məzar altarı, Gefsiman bağı və Qolqofa kimi Bibley səhnələri və geoloji ekspozisiya ilə yaxından tanış olmaq olar.