Müqəddəs Mixail kilsəsi (Münxen)

Müqəddəs Mixail kilsəsi (alm. Institutskirche St. Michael‎) — Almaniyanın cənubunda, Münhendə yerləşən yezuit kilsəsidir, Alp dağlarının şimalındakı ən böyük İntibah kilsəsidir. Binanın üslubu Cənubi Almaniyanın erkən barokko memarlığına böyük təsir göstərmişdir. 1556-cı ildə Bavariya hersoqu V Albert Yezuitlər ordeninə Münhendə Vilhelms gimnaziyasının yaradılmasına icazə vermişdi və beləliklə, ordenin şəhərdə mövcudluğu başlamışdı. Kollegial kilsə yalnız onun oğlu, Bavariya hersoqu V Vilhelmin hakimiyyəti dövründə qurulmuşdu. Vilhelm yezuitlərin əksreformasiya prinsiplərinin tərəfdarı idi və buna görə də "Mömin" ləqəbi ilə məşhurlaşmışdı.

katolisizm
Müqəddəs Mixail kilsəsi
Həsr olunub Mikayıl
Ölkə
Üslubu İntibah memarlığı
Eni 20,29 m
Uzunluğu
  • 78,2 m
Müqəddəs Mixail kilsəsi xəritədə
Müqəddəs Mixail kilsəsi
Müqəddəs Mixail kilsəsi
Saytı
st-michael-muenchen.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kilsə on dörd illik tikintidən sonra nəhayət 1597-ci ildə təqdis olundu. Yezuitlər sıxışdırılıb Avropanın əksər katolik ərazilərində qadağan edildikdə, kilsə Bavariya kral ailəsinin və daha sonra Almaniyanın respublikaya çevrildiyi vaxt Bavariya əyalətinin ixtiyarına keçdi.[3]

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. 1 2 Corpus of Baroque Ceiling Painting in Germany.
  3. "About the church". st-michael-muenchen.de. 2022-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-09.