Mikayıl (arxangel)

Mikayıliudaistik, xristianmüsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Bibliyada Mikayıl şeytan ilə vuruşan göy ordusunun başçısı kimi təmsil edilir. Xristianlıqda o, arxmələklərdən biri olan buludlarda rəhmətə getmiş Məryəmi də aparır. Quranda Mikayıl həmçinin Cəbrayıl ilə bərabər qeyd edilir. İslama görə Allahın dörd böyük mələyi var: Cəbrayıl, Mikayıl, Əzrayıl, İsrafil. Mikayıl insanların haqq yoldan azdıqlarından məyuslandığı üçün həmişə qəmli görünür. Dini kitablarda o ucaboy, boz əbalı mələk kimi təsvir olunur. Mikayıl Allahın verdiyi ruziləri insanlara paylayır.

Mikayıl
q.yəh. ‏מיכאל
Luka Giordanonun "Üsyançı mələklərin süqutu" adlı əsərində Müqəddəs Mikayıl
Luka Giordanonun "Üsyançı mələklərin süqutu" adlı əsərində Müqəddəs Mikayıl
Rütbə Baş mələk, Səmavi Orduların Şahzadəsi (Komandiri).
Xatirə günü 8 noyabr, 29 sentyabr, 19 sentyabr, 21 noyabr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mikail adı İbranicə "Micha’el və ya Mikha’el; Yunanca Mikhail, latınca Michael; Ərəbcə isə Mikayıl şəkildə keçir və Tanrıya kim bənzər mənasına gəlir.[1]

İblisi ayaqlayan arxmələk Mikayıl (Qvido Reni, ?-1636)

Yəhudilikdə ən üstün mələk olaraq bilinir. Onun adı Əhdi-tiqdə Danielin kitabında üç dəfə çəkilir.[2] Ancaq yəhudi etiqadına görə onun adı çəkilməsə də Yeşu kitabında Yeşu əlində qılınc tutan bir mələklə qarşılaşır və o mələk özünü "Tanrının ordusunun komandiri" olduğunu vurğulayır.

Eyni zamanda TalmudMidraşların bəzilərində Sodom və Qomoraya göndərilən, İshaq peyğəmbərin qurban edilməsinə bir qoç gətirərək mane olan,[3] yəhudilərin Misirdən çıxdığı vaxt onları şeytanın (Samael) şərindən qoruyan mələk olaraq bilinir.[4] Dolayısı ilə Yəhudilikdə Mikayıl yəhudi millətinin qoruyucusu olaraq bilinir.[5] Eyni zamanda Mikayıla göylərin idarəsi verilmişdir.[6] Həmçinin Musa peyğəmbərin dəfnində iştirak edən alt mələkdən biri olan Mikayıla yağış, külək, atəş, ildırım, göy gurultusu, və dolu kimi Tanrının təbii möcüzələrini idarə etmək vəzifəsi ilə yanaşı səmanın açarlarının mühafizəkarlığı vəzifəsinin də verildiyi bildirilir.[1]

Əhdi-Cədiddə Mikayıl adı iki yerdə keçir. Birincisi Yuhannanın məktubunda baş mələk şəkilində,[7] ikincisi isə Yuhannanın vəhyində göydə baş verən bir əjdaha ilə savaşda çəkilir.[8] [Xristianlıq]]da Mikayılın "Kilsənin qoruyucusu" olduğu qəbul edilir. O şeytana qalib gəlib, onu zəncirləyən, uçurumdan atan mələkdir. Bu mələk eyni zamanda bir əlində tərəzi, digərində qılınc tutaraq təsvir olunur.

Onunla bağlı başqa inanclar da mövcuddur. Belə ki, onun Əhdi-Ətiqin yaradılış bölümündə həyat ağacını qoruyan mələk olduğuna və şeytanın, düşmüş mələklərin ən böyük düşməni olduğuna inanılır.

Bununla yanaşı Katoliklərə görə Xristian möminlərin ruhunu alan, yaxşı və pis olub-olmadığını hesablayan və yaxşı ruhları Cənnətə aparan mələkdir. Yəhudi etiqadından fərqli olaraq onun məhkəməni təmsil etdiyi bilinir. Yuhannanın vəhyi kitabında keçən göylərdəki savaşa görə Mikayılın ədaləti bərpa etdiyinə inanır və bir çox insan mənəvi və maddi pisliklərə qarşı ondan yardım istəyir. Eyni zamanda çörək və şərab ayinində (Yevxaristiya) və günah çıxarma (Vəftiz) ayinlərində Tanrı və İmran peyğəmbərin qızı Məryəmdən sonra Mikayıla yalvarışlara yer verilir.[1]

Qurani-kərimdə mələklərin böyüklərindən sayılan Mikayıl adı açıq şəkildə sadəcə bir yerdə Cəbrayıl ilə birlikdə zikr edilir.[9]

Hədislərdə isə Mikayıl haqqında çoxlu rəvayət yer almaqdadır. Bu rəvayətlərə görə Mikayıl insanların və digər canlıların ruzilərini verir. Eyni zamanda yağışların yağması kimi təbiət hadisələrini idarə etməklə vəzifəli bir mələkdir.[1] Bundan əlavə təfsirçilər Mikayıl Qurani-kərimdə İbrahim peyğəmbər və Luta peyğəmbərə gələn mələklərdən biri, eyni zamanda Bədir döyüşündə möminlərin yardımına gələn mələklərin komandiri olduğunu qeyd edirlər.[1]

Mikayıl böyük mələk olaraq Cəbrayıldan sonra gəlir. Bu mələklə bağlı bir çox rəvayət vardır. Mikayıl üçün, onun Cəbrayıldan 500 il sonra yaradıldığı, iki gözü və iki qanadı olduğu kimi rəvayətləri qeyd edə bilərik.[6]

  1. 1 2 3 4 5 M. Sərdar, "Semavi Dinlerde Dörd Büyük Melek", (İlahiyat Fakültesi Dergisi, 2008)
  2. Daniel, 10:13,21; 12:1.
  3. Z. Keleş, "Yahudilikde melek inancı", (T. C. Marmara Universitesi Sosiyal Bilimler Enstitüsü Felsefe ve Dini Bilimleri Ana Bilim Dalı Felsefe ve Dini Bilimleri Proqramı Yüksek Lisans Tezi, İzmir-2019)
  4. N. Arslantaş, "Hz. Peygamberin Şağdaşı Yahudilerin İnanç-İbadet ve Dini Hayatları ile İlgili Bazı Tesbitler",(M. Ü. İlahiyat Fakültesi Dergisi,2008/1)
  5. C. Yılmaz, "Heykalot literatüründe Metatron kavramı", (T. C. Marmara Universitesi Sosiyal Bilimler Enstitüsü Felsefe ve Dini Bilimleri Ana Bilim Dalı Dinler Tarihi Anabilim Dalı, İstanbul-2019)
  6. 1 2 A. Çolak, "Kuran ve hadislere göre melek" (Gümüşhane 2012)
  7. Yuhannanın məktubu,9.
  8. Yuhannanın vəhyi, 12:7–10
  9. Bəqərə, 2/98.