Müqəddəs Nina qız gimnaziyası (Bakı)

Müqəddəs Nina qız gimnaziyası — "Müqəddəs Nina" xeyriyyə cəmiyyətinin 1874-cü ildə açdığı qız məktəbi.[2] Məktəbin binası ilk əvvəl hərbi səhra hospitalı olub və qızlar müəssisəsinə ancaq 1888-ci ildə, hospital Bakının Bayıl qəsəbəsindəki yeni binaya köçərkən verilib. Daha sonra, 1895-ci ildə müəssisəyə gimnaziya statusu verildi[3] 1886-cı ildə "Müqəddəs Nina" qızlar gimnaziyası İçərişəhərin qala divarlarına yaxın yerdə, əvvəllər xırman yeri olmuş bir sahədə ikimərtəbəli məktəb binası üçün tikintinin əsası qoyuldu. Həmin il oktyabr ayının 15-dən isə cəmiyyət öz fəaliyyətini ikimərtəbəli, geniş, hündür otaqları olan məktəb binasında davam etdirmişdi. Qeyd edək ki, bu məktəb binasının tikintisinin başa çatması üçün xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə, eyni zamanda bir neçə Bakı milyonçusu onunla bərabər böyük vəsait sərf etmişdilər, lakin gimnaziya öz fəaliyyətini 1918-ci ilədək davam etdirə bildi. 1918–1920-ci illərdə ADR-in dövründə bu binada hərbi akademiya fəaliyyət göstərmişdir. Məşhur generallar S. Mehmandarov akademiyanın direktoru, Ə. Şıxlinski isə onun müavini vəzifəsində çalışmışdır. Xeyli müddət keçdikdən sonra bu məşhur binada, 1933–1937-ci ıllərdə beynəlmiləl bir məktəb fəalliyyət göstərmişdir. Ancaq 1937-dən 2010-cu ilin sentyabr ayına qədər davamlı olaraq burada məşhur 132 (Azərbaycan) və 134 (rus) saylı orta məktəbləri fəaliyyət göstərmişdir, lakin 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı ilə bina əsaslı şəkildə yenidən quruldu və 132–134 nömrəli Təhsil Kompleksi adı ilə fəaliyyətini bu günə kimi uğurla davam etdirir.[4]

Müqəddəs Nina qız gimnaziyası
Баку. Женское учебное заведение Св. Нины
Ölkə  Azərbaycan
Şəhər Bakı
Aidiyyatı 132 və 134 saylı məktəblərin binası[1]
Kateqoriyabina
ƏhəmiyyətiYerli əhəmiyyətli
Müqəddəs Nina qız gimnaziyası (Azərbaycan)
Müqəddəs Nina qız gimnaziyası
1905-ci il Müqəddəs Nina qız gimnaziyası

Gimnazyanı məzunları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-07.
  2. [1] [ölü keçid]
  3. "Arxivlənmiş surət". 2018-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-07.
  4. "Arxivlənmiş surət". 2016-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-07.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]