Ərəblinski Balakişi bəy Əli bəy oğlu (30 avqust 1828 və ya 1828, Zaqatala rayonu – 1 yanvar 1902, Dərbənd, Dağıstan vilayəti) — Rusiya İmperator Ordusunun zabiti, general-leytenant.
Balakişi bəy Ərəblinski | |
---|---|
Ərəblinski Balakişi bəy Əli bəy oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 avqust 1828 və ya 1828 |
Doğum yeri | |
Vəfat tarixi | 1 yanvar 1902 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | general-leytenant |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Balakişi bəy Ərəblinski 1828-ci ildə Zaqatala mahalının Tala kəndində anadan olmuşdur. Mahal naibi Əli bəyin ailəsində böyüyən Balakişi bəy Sankt-Peterburqdakı birinci dərəcəli kadet korpusunu 1848-ci ildə müvəffəqiyyətlə bitirib kornet rütbəsi almışdır[1].
Müxtəlif hissələrdə qüsursuz xidmət edən Ərəblinski çox gənc yaşarında Polkovnik-leytenant rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski əlli illik xidmətində o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak etmişdir.
General-leytenant B. Ərəblinski Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan Azərbaycan oğlu idi. 1896-cı ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıtmış, ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə başçılıq etmişdir. Yerli əhali arasındakı gözəl insani keyfiyyətləri ilə hədsiz hörmət qazanmış general-leytenant Balakişi Ərəblinskinin şərəfinə adlandırılan Dərbənd yaxınlığındakı kənd və stansya indi də onun adını daşıyır. O, 1902-ci ilin yanvarında vəfat etmiş və Dərbəndin qədim müsəlman qəbiristanlığında dəfn olunmuşdur.
Hazırda general-leytenant Ərəblinskinin iki nəvəsi: Fatma xanım və Həyat Abdullayevlər, qohumlarından Bəhruz Xalid oğlu Ərəblinski və ailəsi Bakıda yaşayırlar.
Ərəblinskilər nəslindən bir neçə hərbçi yetişmişdir. Misal olaraq hazırda vəfat etmiş podpolkovnik Həmzalov Ərəblinski onun oğlu podpolkovnik Əli bəyi və hal-hazırda Azərbaycan ordusunda polkovnik hərbi rütbəsində xidmət keçən Şərif Ərəblinskini qeyd etmək olar.
26 avqsust 2022-ci ildə nəticəsi Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçusu Vahid Ərəblinski Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində həlak olmuşdur.[2].
İki qızı olub: Nurcahan xanım və Sona xanım[3]. General-leytenant Ərəblinski məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qaynatası idi. Generalın kiçik qızı Sona xanım Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı idi.
General-leytenant B. Ərəblinskinin qüsursuz xidmətləri müxtəlif orden və silahlarla qiymətləndirilmişdir. Misal olaraq 1-ci dərəcəli müqəddəs Stanislav ordeni, üstü yazılı qılınc və müqəddəs Anna ordeni, "Ucalan ulduz" qızıl ordenini göstərmək olar.