Müqtədir Aydınbəyov

Müqtədir Aydınbəyov (1884, Axtı, Samur dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası1918[1], Tağaroba) — inqilabçı

Müqtədir Aydınbəyov
Şəxsi məlumatlar
Doğum tarixi 1884
Doğum yeri
Vəfat tarixi 1918[1]
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi, inqilabçı
Uşağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1884-cü ildə Samur dairəsinin Axtı kəndində anadan olmuşdu. 1898-ci ildə iş ardınca Bakı şəhərinə gəlmişdi. Salam Aydınbəyov atasıdır.

Müqtədir Aydınbəyov 1907-ci ildə neft-mədən fəhlələri arasında apardlığı inqilabi fəaliyyətinə görə beş il müddətinə Arxangelsk diyarına sürgün olunmuşdur. O zaman o, Balaxanıda tətil komitəsinə rəhbərlik edirdi. Müqtədir Aydınbəyov ikinci dəfə həbsə alınaraq Bayıl türməsinə salınmışdı. 1918-ci ildə Bakı Kommunası partiya təşkilatı tərəfindən Sovet hakimiyyətini bərpa etmək tapşırığı ilə Quba şəhərinə göndərilmiş və burada müsavatçılar tərəfindən öldürülmüşdür.

  1. 1 2 Айдинбеков Мухтадир // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969. Т. 1. С. 304.