Mürsəl Əliyev (tam adı: Mürsəl İldırım oğlu Əliyev; 31 dekabr 1959, Sırxavənd, DQMV) — texnika elmləri doktoru, professor, Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi vəzifəsində çalışmışdır.
Mürsəl Əliyev | |
---|---|
Mürsəl İldırım oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Sırxavənd, Mardakert rayonu, DQMV, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Neft-Kimya İnstitutu |
Mürsəl İldırım oğlu Əliyev 31 dekabr 1959-cu ildə Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar vilayətinin Ağdərə rayonunun Sırxavənd kəndində anadan olmuşdur. 1977-ci ildə M.Ə.Sabir adına Sırxavənd kənd orta məktəbini bitirmişdir. Həmin il Azərbaycan Neft-kimya İnstitutunun (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mexanika fakültəsinə qəbul olmuşdur. 16.01.1978-ci ildə Bakı Məişət Kondisioner Zavodunda əmək fəaliyyətinə başlamışdır. 1979-81-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurduqdan sonra Bakı Məişət Kondisioner Zavoduna yenidən işə qəbul olunmuş və eyni zamanda Ali təhsilini davam etdirmişdir.
Mürsəl İldırım oğlu Əliyev 21 fevral 2003-cü ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Qərarı ilə "Texnika elmləri namizədi" Alimlik dərəcəsini, 3 iyul 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Ətraf mühitin aerokosmik monitorinqi kafedrası üzrə Dosent elmi adını almışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 oktyabr 2008-ci il tarixli qərarı ilə Mürsəl Əliyevə Texnika Elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
6 iyun 2012-ci il tarixli qərar ilə Mürsəl İldırım oğlu Əliyev "Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və metodları" ixtisası üzrə Professor elmi adına layiq görülmüşdür.
Ailəlidir, 3 övladı, 8 nəvəsi var.
Mürsəl Əliyev 21.07.1999-cu ilədək Bakkondisioner “EİB”-də Texniki Nəzarət şöbəsində nəzarətçi-usta, mühəndis-texnoloq I kateqoriya, büro rəisi, "Bakmil" MM İtaliya-Azərbaycan Müştərək Müəssisəsində Texniki nəzarət şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 21.07.1999-cu ildən 03.12.1999-cu ilədək Abşeron Regional Səhmdar Su Cəmiyyəti Bakı şəhər Su Satışı İdarəsində Rəis müavini, 06.12.1999-cu ildən Azərbaycan Respublikası Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Bakı Şəhər Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi Sədrinin 1-ci müavini təyin edilmişdir. 23.05.2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır və Mürsəl Əliyev Abşeron Bakı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 2004-cü ildə idarə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti adlandırılıb və Mürsəl Əliyev departamentin direktoru vəzifəsinə təyin edilmişdir.
14.05.2013-cü ildən Milli Geoloji Kəşfiyyat Xidmətinin Mineral Xammal Elmi–Tədqiqat İnstitutunun direktoru təyin edilmişdir. 30.07.2018-ci ildə idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Mineral Xammal Elmi-Tədqiqat İnstitutu Nazirliyin №512/ü saylı əmri ilə Mineral Xammal Analitik və Elmi Tədqiqatlar Mərkəzi adlandırılmış və Mürsəl Əliyev həmin mərkəzin direktoru vəzifəsinə təyin edilmişdir.
Mürsəl Əliyev 07.06.2019 19.06.2020-ci il tarixlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi vəzifəsində çalışmışdır.
Azərbaycan dövlətçiliyinə çox böyük önəm verən Mürsəl İldırım oğlu Əliyev dövlətin ictimai-siyasi fəaliyyətində həmişə aktiv olmuşdur. 19.12.1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmçinin, Binəqədi rayon YAP-nın idarə Heyətinin üzvü, Geologiya üzrə ilk Partiya təşkilatının sədri, Azərbaycan və Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komitəsinin “Yer elmləri” üzrə ekspert şurasının üzvüdür.
110-dan artıq elmi əsərin, 8 monoqrafiyanın, 5 dərs vəsaitinin, 3 metodiki göstərişin, 3 ixtiranın müəllifidir. Onun məqalələri həm ölkəmizdə, həm də xarici ölkələrin ən aparıcı jurnallarında dərc edilmişdir.
Azərbaycan Hava Yolları Qapalı Səhmdar cəmiyyətinin Milli Aviasiya Akademiyasının “Ətraf mühitin aerokosmik monitorinqi” kafedrasının professorudur (0,5 ştatda).
Mürsəl Əliyev Texnika elmləri doktoru və Professor alimlik dərəcələrinə layiq görülmüşdür. Bununla yanaşı Azərbaycan və Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvüdür.
Professor Mürsəl Əliyev 23 may 2019-cu ildə Mineral xammal ehtiyatlarından istifadədə səmərəli fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin peşə bayramı günü münasibətilə Fəxri fərmanla təltif edilmişdir.
Mürsəl Əliyev 04-07 iyun 2006-cı ildə Türkiyə-Ankara, Ətraf Mühitin Mühafizəsi üzrə Regional Konfransının, 2010-cu ildə Yunanıstan-Atina Elmi Konfransının və 2011-ci ildə Rusiya Federasiyası Sankt-Peterburq şəhərində Elmi konfransının iştirakçısı olmuşdur.