Dağlıq Qarabağ Muxtar Vilayəti

Bu məqalə Dağlıq Qarabağ Muxtar Vilayəti haqqındadır. Dağlıq Qarabağ üçün Dağlıq Qarabağ səhifəsinə baxın.

Dağlıq Qarabağ Muxtar Vilayəti (azərb-kiril. Дағлыг Гарабағ Мухтар Вилајәти) — Azərbaycan SSR-in Dağlıq Qarabağ bölgəsində 1923–1991-ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. Dağlıq Qarabağ Muxtar Vilayətinə Əsgəran, Hadrut, Ağdərə, Xocavənd, Şuşa rayonları və vilayət tabeli Xankəndi şəhəri daxil olmuşdur.[3]

muxtar vilayət
Dağlıq Qarabağ Muxtar Vilayəti
ukr. Нагірно-Карабаська автономна область
ukr. Автономна область Нагірного Карабаху
 
 

Paytaxt Xankəndi
Ən böyük şəhər Xankəndi
Rəsmi dilləri Azərbaycan dili
erməni dili
rus dili
Ərazisi 4.388 kv.km[1]
Əhalisi 187.769[2]
Tarixi
 • 1747 Qarabağ xanlığının yaradılması
 • 15 yanvar 1919 Qarabağ general-qubernatorluğunun yaradılması
 • 7 iyul 1923 Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması
 • 26 noyabr 1991 Azərbaycan Respublikası tərəfindən muxtariyyətlik statusunun ləğv olunması

1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır.[4]

1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.

1987-ci ildə Ermənistan və Azərbaycan SSR arasında Dağlıq Qarabağ münaqişəsinin başlanmasının ardından, bu münaqişə 1991-ci ilin sonuna tam miqyaslı müharibəyə çevrilmişdir.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası "DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə" qərar qəbul etdi.

Bunun ardınca, 1989-cu ilin noyabr ayında SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətliyinin ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar qəbul etmişdir, lakin 1989-cu ilin dekabr ayının 1-də Ermənistan Sovet Sosialist Respublikası Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsini açıqlamışdır.[5]

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur[6]. Həmin qanuna əsasən "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayılmış, Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri – Xankəndi şəhəri, Mardakert şəhəri – Ağdərə şəhəri, Martuni şəhəri – Xocavənd şəhəri, Mardakert rayonu – Ağdərə rayonu, Martuni rayonu – Xocavənd rayonu adlandırılmış, Əsgəran və Hadrut rayonları ləğv edilmiş, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmış, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilmişdir. XankəndiŞuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilmişdir.

"Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli Qərarı[7]. ilə Ağdərə rayonu ləğv edilmiş və onun ərazisi Tərtər, Kəlbəcər və Ağdam rayonları arasında bölüşdürülmüşdür.

İnzibati ərazi quruluşu

[redaktə | mənbəni redaktə et]
DQMV-nin inzibati xəritəsi (1989)

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri rayon-volost-kənd pillələri əsasında inzibati baxımdan aşağıdaki kimi bölünmüşdü:

  • 1. Ceraberd rayonu. Bu rayonun tərkibində 4 volost (Marquşevan, Orataq, Dovşanlı, Aterk) və 53 kənd var idi.
  • 2. Vərəndə rayonu. Bu rayonun tərkibində 5 volost (Tağavert, Sus, Çartaz, Noraşen) və 46 kənd var idi.
  • 3. Xaçın rayonu. Bu rayonun tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd var idi.
  • 4. Dizaq rayonu. Bu rayonun tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi;
  • 5. Şuşa rayonu. Şuşa şəhəri və Malıbəyli volostundan (12 kənd) ibarət idi;

Yeni inzibati-ərazi bölgüsi həyata keçirilərkən DQMV-də dəyişiklik baş verir. 1930-cu ilin avqustunda DQMV ərazisi yenə də 5 rayona bölünür:

  • Ceraberd,
  • Martuni,
  • Xankəndi,
  • Dizaq,
  • Şuşa.

Göründüyü kimi, Vərəndə Martuni adlandırılır, Xaçının ərazisi isə Xankəndiyə aid edilir. 1939-cu il avqustun 17-də Ceraberd Mardakert, Dizaq isə Hadrut adlandırılır. Başqa sözlə, Azərbaycan dövləti olan Qafqaz Albaniyası dövrünə aid olan Dizaq, Vərəndə, Xaçın, Ceraberd kimi tarixi-coğrafi adlar unutdurulur və xüsusi məqsədlə Rusiya işğalları dövründə bura köçürülüb gətirilmiş ermənilərə məxsus adlarla əvəz olunur. 1960-cı illərin əvvəllərində rayonların iriləşdirilməsi siyasəti həyata keçirilərkən əsas zərbə Şuşaya vurulur. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilir, onun ərazisi Stepanakert rayonuna verilir, lakin N. S. Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra inzibati ərazi bölgüsündə yeni dəyişiklik baş verir. 1965-ci il yanvarın 6-da Şuşa rayonu yenidən təşkil olunur. 1978-ci ildə Stepanakert rayonu əsasında Əsgəran rayonu təşkil edilir. SSRİ-nin dağılmasınadək Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi bölgüsü belə idi.[8]

DQMV-nin inzibati ərazi vahidləri (1989)
İnzibati ərazi vahidinin adı Ərazisinin sahəsi (km2)[9][10] Əhalisinin sayı 1989[11]
1 Xankəndi şəhəri 16 56 705
2 Şuşa rayonu 289 20 374
3 Əsgəran rayonu 920 20 954
4 Ağdərə rayonu 1 705 47 047
5 Xocavənd rayonu 779 28 202
6 Hadrut rayonu 679 14 487
Cəmi: 4 388 187 769
DQMV-nin etnik xəritəsi (1989)
  Ermənilər yaşayan ərazilər
  Azərbaycanlılar yaşayan ərazilər
  Yaşayış olmayan ərazilər (dağlar, əkin sahələri və s.)
1926–1989-cu illər ümumittifaq siyahıyaalınmasına əsasən DQMV əhalisinin sayı və etnik tərkibi
Xalqlar 1926[12]
nəfər
% 1939[13]
nəfər
% 1959[14]
nəfər
% 1970[15]
nəfər
% 1979[16]
nəfər
% 1989[17]
nəfər
%
Toplam 125159 100,00% 150837 100,00% 130406 100,00% 150313 100,00% 162181 100,00% 189085 100,00%
Ermənilər 111694 89,24% 132800 88,04% 110053 84,39% 121068 80,54% 123076 75,89% 145450 76,92%
Azərbaycanlılar[18] 12592 10,06% 14053 9,32% 17995 13,80% 27179 18,08% 37264 22,98% 40688 21,52%
Ruslar 596 0,48% 3174 2,10% 1790 1,37% 1310 0,87% 1265 0,78% 1922 1,02%
Ukraynalılar 35 0,03% 436 0,29% 238 0,18% 193 0,13% 140 0,09% 416 0,22%
Belaruslar 12 0,01% 11 0,01% 32 0,02% 35 0,02% 37 0,02% 79 0,04%
Yunanlar 68 0,05% 74 0,05% 67 0,05% 33 0,02% 56 0,03% 72 0,04%
Tatarlar 6 0,00% 29 0,02% 36 0,03% 25 0,02% 41 0,03% 64 0,03%
Gürcülər 5 0,00% 25 0,02% 16 0,01% 22 0,01% 17 0,01% 57 0,03%
Digərləri 151 0,12% 235 0,16% 179 0,14% 448 0,30% 285 0,18% 337 0,18%
DQMV-yə daxil olan inzibati ərazi vahidləri üzrə əhalinin etnik tərkibi (1979)[19][20][21][22]
İnzibati-ərazi vahidi Əhalinin toplam sayı Ermənilər Azərbaycanlılar Digərləri
Xankəndi ş. ə/d 38 948 (100%) 33 898 (87,0%) 4 303 (11,0%) 747 (1,9%)
Ağdərə rayonu 44 586 (100%) 37 050 (83,1%) 7 050 (15,8%) 486 (1,1%)
Əsgəran rayonu 20 094 (100%) 14 772 (73,5%) 5 231 (26,0%) 91 (0,5%)
Şuşa rayonu 16 019 (100%) 2 881 (18,0%) 12 955 (80,9%) 183 (1,1%)
Hadrut rayonu 14 792 (100%) 12 489 (84,4%) 2 239 (15,1%) 64 (0,4%)
Xocavənd rayonu 27 742 (100%) 21 986 (79,3%) 5 486 (19,8%) 270 (1,0%)

İcraiyyə Komitəsi

[redaktə | mənbəni redaktə et]

Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri:

Sıra Ad və soyad Başlanğıc tarixi Bitmə tarixi
1
Armenak Nikitinoviç Qaragözov
(1890–1938)
7 iyul 1923 6 noyabr 1923
2
Ərşad Xudayarqulu oğlu Məhərrəmov
(1887–1935)
6 noyabr 1923 1 dekabr 1923
3
Armenak Nikitinoviç Qaragözov
(1890–1938)
1 dekabr 1923 1 noyabr 1928
4
Məşədi Səlim İbrahimov
(1871–1937)
1 noyabr 1928 7 mart 1930
5
İslam Abdulla oğlu Hacıyev
(1889–1938)
7 mart 1930 5 sentyabr 1931
6
Əsədulla Telman oğlu Cəfərov
(1897-?)
5 sentyabr 1931 30 sentyabr 1935
7
Suren Mirzəyeviç Badamyan
(1890–1938)
30 sentyabr 1935 30 sentyabr 1937
8
Hayk Avetisoviç Qarqaryan
(1904–1988)
30 sentyabr 1937 15 aprel 1939
9
Şura Tağıverdi oğlu Həsənov
(1900–1940)
15 aprel 1939 1 dekabr 1940
10
Qriqori Serqeyeviç Petrosyan
1 dekabr 1940 5 iyul 1944
11
Muşeq Avakoviç Qriqoryan
(1900–1970)
5 iyul 1944 26 oktyabr 1945
12
Yeqişe Semyonoviç Akopov
(1902-?)
26 oktyabr 1945 7 iyul 1951
13
Şamilqulu Zabir oğlu Məmmədov
(1895–1961)
7 iyul 1951 20 may 1953
14
Paşa Asaturoviç Aruşanov
(1916–2004)
20 may 1953 8 may 1954
15
Ruben Tevosoviç Şahramanyan
(1914–1930)
8 may 1954 25 iyul 1963
16
Muşeq Qriqoroviç Ağacanyan
(1924–1952)
25 iyul 1963 18 fevral 1974
17
Armais Əmiroviç Aslanov
(1923–1992)
18 fevral 1974 30 avqust 1988
18
Semyon Amayaqoviç Babayev
(1932)
30 avqust 1988 7 iyul 1991
19
Leonard Georgiyeviç Petrosyan
(1953–1999)
7 iyul 1991 23 noyabr 1991
  1. "Arxivlənmiş surət". 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.
  2. "НАСЕЛЕНИЕ НАГОРНОГО КАРАБАХА, НАГОРНО-КАРАБАХСКАЯ АО (1989 г.)". 2011-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-23.
  3. ""Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Azərbaycan SSR Ali Sovetinin Qanunu". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-08.
  4. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР. 1918–1925.Документы и материалы, с. 152–153
  5. Armenia, Azerbaijan, and Georia Country Studies, Area Handbook Series, Federal Reserch Division Library of Congress, 1994, ISBN 0-8444-0848-4, pp. 19–21.
  6. "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 26 noyabr 1991-ci il. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-24.
  7. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı −13.10.1992". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-18.
  8. "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  9. Азербайджанская ССР - Административно-территориальное деление (Russian). Baku: Azgoisdat (Азгоиздат). 1979.
  10. Azərbaycan Sovet Ensiklopediyası
  11. "Демоскоп Weekly - Приложение. Справочник статистических показателей". www.demoscope.ru (rus). 22 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2020.
  12. Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам республик СССР Arxivləşdirilib 2016-06-05 at the Wayback Machine Демоскоп
  13. Всесоюзная перепись населения 1939 года. Распределение городского и сельского населения областей союзных республик по национальности и полу Arxivləşdirilib 2016-06-05 at the Wayback Machine Демоскоп
  14. Всесоюзная перепись населения 1959 года. Городское и сельское население областей республик СССР (кроме РСФСР) по полу и национальности Arxivləşdirilib 2016-06-05 at the Wayback Machine Демоскоп
  15. Всесоюзная перепись населения 1970 года. Городское и сельское население областей республик СССР (кроме РСФСР) по полу и национальности Arxivləşdirilib 2016-06-05 at the Wayback Machine Демоскоп
  16. Всесоюзная перепись населения 1979 года. Городское и сельское население областей республик СССР (кроме РСФСР) по полу и национальности Arxivləşdirilib 2016-06-05 at the Wayback Machine Демоскоп
  17. Всесоюзная перепись населения 1989 года.Распределение городского и сельского населения областей республик СССР по полу и национальности Arxivləşdirilib 2016-06-05 at the Wayback Machine Демоскоп
  18. 1926-cı il siyahıyaalmasında "Türk əhali" kimi qeyd olunub
  19. "Данные советских переписей в НКАО". 2011-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-23.
  20. "Dağlıq Qarabağ 1920-1980-ci illərdə". 2015-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-10.
  21. "Всесоюзная перепись населения 1979 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу". 2014-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-10.
  22. "Всесоюзная перепись населения 1989 года. Распределение городского и сельского населения областей республик СССР по полу и национальности". 2016-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]