Mürsəl Babayev

Mürsəl Ələkbər oğlu Babayev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1970–1979).

Mürsəl Babayev
bayraq
Azərbaycan SSR avtomobil nəqliyyatı naziri
bayraq2
29 yanvar 1970 – 8 fevral 1979
ƏvvəlkiVladimir Rasskazov
SonrakıŞakir Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi 1929
Partiya

Mürsəl Ələkbər oğlu Babayev 1929-cu ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.[1]

1952–1959-cu illərdə Azərbaycan Politexnik İnstitutunun kafedrasında assistent, avtomobil trestində böyük mühəndis, taksomotor parkının baş mühəndisi, rəisi olmuşdur. 1959–1961-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyi istehsalat-texniki şöbəsinin rəisi, 1961-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini, birinci müavini vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı naziri olmuşdur.[1]

Mürsəl Babayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş və Azərbaycan SSR Ali Sovetinin VIIIIX çağırış deputatı seçilmişdir.[2]

  1. 1 2 Бабајев Мүрсәл Әләкбәр оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 48.
  2. Бабајев Мүрсәл Әләкбәр оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 43.