Hüseyn İsgəndərov

Hüseyn Nəcəf oğlu İsgəndərov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1953–1956).

Hüseyn İsgəndərov
bayraq
Azərbaycan SSR avtomobil nəqliyyatı naziri[a]
bayraq2
20 yanvar 1953 – 27 avqust 1956
ƏvvəlkiZiya Kurmakayev
SonrakıZeynal Zeynalov
Şəxsi məlumatlar
Doğum tarixi 1909
Doğum yeri
Partiya
Uşağı

Təltifləri 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985 "Əmək igidliyinə görə" medalı "Əmək igidliyinə görə" medalı "Sevastopolun müdafiəsinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Hüseyn İsgəndərov 1909-cu ildə Bakıda dənizçi ailəsində anadan olmuşdur. On yaşı olarkən atası vəfat etmişdir. Hüseyn İsgəndərov orta məktəbdə oxumaqla bərabər bağban köməkçisi, kuryer, tərcüməçi işləmişdir. Sonralar isə bir müddət Quba rayonu məktəblərində müəllim olmuşdur. 1930-cu ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1935-ci ildə buranı neft-mədən ixtisası üzrə bitirmişdir. Bunun ardınca o, "Əzizbəyovneft"in 3-cü mədənində işləmiş, 1938-ci ildə həmin trestin, sonrakı il isə "Azərneftkombinat"ın böyük mühəndisi vəzifəsinə irəli çəkilmişdir. Daha sonra isə "Kirovneft"in 4-cü mədəninin müdiri vəzifəsində işləmişdir.[1]

Böyük Vətən müharibəsi başlanan zaman Hüseyn İsgəndərov Sovet Ordusu sıralarında qatılmış, yaralandıqdan sonra 1942-ci ildə Bakıya qayıtmışdır. Azərbaycan Kommunist Partiyası Bakı Komitəsinin neftçıxarma şöbəsinə təlimatçı vəzifəsinə təyin edilmiş, sonra iki il müddətində Molotov rayon partiya komitəsinin kadr üzrə katibi işləmişdir. 1944-cü ildə SSRİ Dövlət Plan Komissiyasının Azərbaycan üzrə müvəkkili vəzifəsinə keçirilmiş, beş il sonra isə Azərbaycan SSR dövlət nəzarəti nazirinin birinci müavini təyin edilmişdir.[1]

1952-ci ildə Hüseyn İsgəndərov bir müddət partiya işlərinə keçirilmiş, Azərbaycan KP MK katibi və Mərkəzi Komitənin neft şöbəsinin müdiri, sonra isə Azərbaycan KP MK yanında partiya kollegiyasının katibi vəzifələrində çalışmışdır. 1953-cü ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin edilmişdir.[1]

Hüseyn İsgəndərov 1941-ci ildən ÜİK(b)P üzvü olmuş, Azərbaycan KP MK üzvü seçilmişdir. İki dəfə "Əmək igidliyinə görə" medalı ilə, "Sevastopolun müdafiəsinə görə", "Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə", "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir.[1]

  1. Vəzifədə olduğu dövrdə nazirliyin adı 3 dəfə dəyişdirilib. Nazir kimi aşağıdakı adlarla çalışıb:
    • Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (20 yanvar 1953 – 15 avqust 1953)[⇨]
    • Azərbaycan SSR yol və nəqliyyat təsərrüfatı naziri (15 avqust 1953 – 5 oktyabr 1953)[⇨]
    • Azərbaycan SSR avtomobil nəqliyyatı və şose yolları naziri (5 oktyabr 1953 – 11 avqust 1956)[⇨]
    • Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (11–27 avqust 1956)[⇨]
  1. 1 2 3 4 Һүсейн Нәҹәф оғлу Искәндәров // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 170.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]