Vladimir Qriqoryeviç Rasskazov (rus. Владимир Григорьевич Рассказов; 7 fevral 1927, Malaxovka[d], Saratov quberniyası[d] – 24 sentyabr 1969, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1963–1969).
Vladimir Rasskazov | |
---|---|
rus. Владимир Григорьевич Рассказов | |
25 yanvar 1963 – 24 sentyabr 1969 | |
Əvvəlki | Tofiq Bağırov |
Sonrakı | Mürsəl Babayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 fevral 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 24 sentyabr 1969 (42 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
|
|
Təltifləri |
Vladimir Rasskazov 1927-ci ildə hazırkı Saratov vilayətinin Malaxovka kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1944-cü ildə Odessa Dənizçilik Məktəbinə, bir il sonra isə Odessa Ali Dənizçilik Məktəbinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra o, mühəndis-elektromexanik diplomu ilə 1951-ci ildə Bakıya gəlmiş və "General Həzi Aslanov" dizel-elektroxodunda elektromexanik vəzifəsində işləməyə başlamışdır. Onun əmək fəaliyyətinin sonrakı mərhələsi Vano Sturua adına gəmi təmiri-gəmiqayırma zavodu ilə bağlı olmuşdur. Burada o, texniki şöbənin mühəndis-elektrotexniki vəzifəsində çalışmışdır. O, 10 ildən artıq partiya işində olmuşdur.[1]
Sonrakı illərdə Vladimir Rasskazov Xəzər Gəmiçilik İdarəsi siyasi şöbəsinin təlimatçısı, 1953-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatında təlimatçı, daha sonra isə sənaye və nəqliyyat şöbəsi müdirinin müavini vəzifələrində çalışmışdır. 1963-cü ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin edilmişdir.[2]
Vladimir Rasskazov 1964-cü ildən Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur.[3] Azərbaycan SSR Ali Sovetinin 7-ci çağırış deputatı seçilmiş, "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur. O, 1969-cu ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.[4]