Müsəlman Dram Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş teatr cəmiyyəti.
Müsəlman Dram Cəmiyyəti | |
---|---|
Yaranma tarixi | 22 may 1916 |
Ləğvolma tarixi | 1920 |
Mərkəzi | Bakı |
Sədr | Sadıq bəy Hacınski |
1916-cı ilin mayında Bakıda təsis olunmuş, 1920-ci ilədək fəaliyyət göstərmişdir. Birinci iclasında Sadıq bəy Hacınski (sədr), Mir Yaqub Mehdiyev (sədr müavini), Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Bağır bəy Əlibəyov (idarə heyətinin üzvləri), Bala bəy Xocayev (katib), Əliheydər Babayev (daxıldar — xəzinədar), Əhməd bəy Hacınski, Süleyman Abdullayev cəmiyyətin üzvü seçilmişlər. Cəmiyyətin məqsədi nizamnaməsində deyildiyi kimi "teatr və səhnəni ticarət halından çıxarıb, sənət halına vəz" etməkdən, teatr qüvvələri hazırlamaqdan ibarət olmuşdur. Müsəlman Dram Cəmiyyəti 1916-cı ilin 19 oktyabrında çağırılmış növbəti iclasında Abbas Mirzə Şərifzadənin üç il müddətinə Xarkov şəhərinə Eylin studiyasının dram kursunda təhsil almağa göndərilməsi haqqında qərar qəbul etmişdi.
Müsəlman Dram Cəmiyyəti üzvlərdən, xeyriyyəçilərdən alınan ianələr və teatr tamaşalarından toplanan vəsait hesabına yaşayırdı[1].