Müsəlman süsəni

Müsəlman süsəni (lat. Iris spuria subsp. musulmanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinin iris spuria növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür.

Müsəlman süsəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, sürünən, gövdə 40-60 (70) sm hündürlükdədir. Yarpaqlar xətvari, 10-15 mm enində, kökyanı yarpaqlar bəzən uzun olur. Təpə yarpaqları otşəkilli, kənarları ağ pərdəlidir. Çiçək qrupu 4-5 çiçəklidir. Çiçəkyanlığı 2,5-3 sm uzunluğunda, mavidir. Çiçəkyanlığının borucuğu 2,5 -3 dəfə yumurtalıqdan qısadır. Xarici tərəfi ellipsivari-dairəvi, ayası oyuqsuz, təpə hissədə aşağı bükülmüşdür. Daxili hissəsi tərs-neştərşəkilli, oyuqlu, dar dırnaqcıqlı, sütuncuğun tərəfi dırnaqcığa bərabərdir. Yumurtalıq uzun borucuqludur. Qutucuq uzun silindrvari, qısa buruncuqlu, 6 qabrğalı, paralel yaxınlaşmışdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

üzənlikdən aşağı dağ qurşağına qədər yayılmışdır. Rütubətli-bataqlıqlı, duzlutəhər yamaclarda rast gəlinir. Çoxalması kökümsov və ya toxumladır. Mezokserofitdir. Çiçəkləməsi may, meyvə verməsi iyun ayına təsadüf edir.

Naxçıvan düzənliyi və aşağı dağlıq hissəsi (Sədərək rayonu, Heydərabad qəsəbəsi, Culfa rayonu, Gülüstan kəndi ərazisi).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması, otarılma, tapdalanma).

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma ərazilərinin axtarılması vacibdir.

  • Iris foetidissima auct.
  • Iris klattii Kem.-Nath.
  • Iris spuria ssp. musulmanica (Fomin) Takht.
  • Iris violacea Klatt