Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 43 gün əvvəl InternetArchiveBot (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Müseyib İlyasov (1884, Oğuldərə, Laçın rayonu – 1944, Karaqanda vilayəti) — Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçı və müdiri.
Müseyib İlyasov | |
---|---|
Doğum tarixi | 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 1944 |
Vəfat yeri | |
İş yeri | |
Təhsili |
Müseyib İbrahim oğlu İlyasov 1884-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olmuşdur.[1] M. İlyasov Minkənd kəndində olan Rus-Tatar məktəbində təhsil almağa başlamış sonra isə Şuşa şəhərində təhsilini davam etdirmişdir. Burda təhsilini tamamladıqdan sonra Qori Müəllimlər Seminariyasına daxil olmuş 1912-ci ildə Seminariyanı bitirmişdir.
Şəxsiyyətə pərəstiş dövrünün acı havası xalqımızın minlərlə zəkalı və istedadlı oğullar kimi, maarif fədaisi olan Müseyib İlyasovu da ədalətsizlik məngənəsinə salmışdır.
O, 1941-ci ilin sentyabr ayında cinayətkarcasına təşkil edilmiş saxta ittiham əsasında həbs edilmiş, cinayəti sübut olunmasada, 8 il həbs cəzası ilə azadlıqdan məhrum edilmişdir.
1944-cü idə 60 yaşında Karakanda şəhərində həbsdə vəfat etmişdir.
1956-cı ildə onun cinayət işində heç bir cinayət tərkibi olmadığı aşkar edilmiş və Müseyib İlyasova ölümündən sonra bəraət verilmişdir.[2]
Müseyib İlyasov Seyid Əzim Şirvaninin nəvəsi olam Mir Fazilin müdir olduğu məktəbə müllim təyin edilmiş və 1920-ci ilədək Bakıda,Qubada məktəbdə işləmişdir.
1920-ci ildə Şuşa şəhərində açılan Müəllimlər Seminariyasının dərilmüllimin yaradıcılarından olmuş və 1925-ci ilədə Seminariyanın direktoru olmuşdur.
1925-ci ildə 1931-ci ilədək Zəngəzur Qəza Xalq Maarif şöbəsinin müdiri vəzifəsində işləmişdir.
1926-cı ildə Bakıda çağrılan Türkoloji qurultayın iştirakçısı olmuşdur.
Müseyib İlyasov Xalq Maarif Şöbəsinə rəhbərlik etdiyi illərdə Laçın şəhərində, Şamkənd, Vağazin, Qorçu, Kürdhacı, Hoçaz və onlarla başqa kəndlərdə məktəblər açmış və onların istifadəyə verilməsində şəxsən iştirak etmişdir.[2][3]
M. İlyasov 1931-ci ildən 1939-cu ilədək Xalq Maarif Komisarlığında bir çox məsul vəzifələrdə həmçinin V. İ. Lenin adına APİ-nin Rus dili kafedrasında assistent və s. vəzifələrdə çalışmışdır.[mənbə göstərin]
Oğuldərədən başlayıb, Karaqandada bitən ömür… Arxivləşdirilib 2018-05-20 at the Wayback Machine