Mütəllim Həsənov (Həsənov Mütəllim Saleh oğlu; 25 fevral 1955. Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatı, Ali kateqoriyalı müəllim.
Mütəllim Həsənov | |
---|---|
Mütəllim Saleh oğlu Həsənov | |
Doğum tarixi | |
Doğum yeri | Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili | H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu |
Fəaliyyəti | yazıçı, jurnalist |
Əsərlərinin dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Mütəllim Həsənov 25 fevral 1955-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1961–1972-ci illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində oxumuşdur. 1972–1976-cı illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) dil-ədəbiyyat fakültəsində ali təhsil almışdır. 1976–1993-cü illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir.[1]
30 oktyabr 1993-cü ildə Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Bakı şəhərində məskunlaşmışdır. 1993-cü ildən hal-hazıra qədər Zəngilan rayonu 20 saylı orta məktəbində müəllim işləyir.[1]
Məktəb Həmkarlar Təşkilatının sədri kimi ictimai vəzifəni daşıyır. Ali kateqoriyalı müəllimdir. "İslahat" qəzetinin redaktor müavini, "Etiraf" qəzetinin redaktoru olmuşdur.[1]
Mütəllim Həsənov Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatıdır.[1]
Ailəlidir. Bir oğlu və bir qızı var.[1]
İlk yazısı 1986-cı ildə "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalında nəşr olunmuşdur. Şeirləri və publisistik yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur.[2]
"Dağlar bizi bağışlayar" şeiri ilə ədəbiyyata gələn Həmçinin "Bizim Hacı Həsən" (2007) və "Son qismətim" (2008) kitablarının tərtibçilərindən biridir.[1]
"Qərib məzarlar", "Mən səni sevdim ki…", "Ədəbi düşüncələr" kitabları isə öz nəşrini gözləyir.[2]
20-dən artıq kitabın redaktoru, 10-dan çox kitabın ön söz müəllifidir.[2]