Məmmədbəyli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Məmmədbəyli kənd inzibati ərazi dairəsində kənd.[1]
Məmmədbəyli | |
---|---|
39°09′36″ şm. e. 46°48′27″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Məmmədbəyli kəndi Həkəri çayının sahilindədir. Keçmiş adı Tərəkəmə olmuşdur. XIX əsrdə kənd Məmməd bəy Zəngilaniyə məxsus olduğuna görə sonralar onun adı ilə tanınmışdır. Kənddə memar Əli Məcdəddinin tikdiyi (1305) türbə vardır. Türbədə Yəhya ibn Məhəmməd əl-Hac adlı şəxs dəfn edilmişdir.[2]
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3][4]
Bir versiyaya görə Məmmədbəyli kəndi bura cənubdan gəlib Zəngəzur, Göyçə yaylaqlarına gedən bir şəxsin dayaq yeri imiş. Köç zamanı dünyasını dəyişdiyi üçün burada dəfn olunub və həmin şəxsin adı Məmməd bəy olduğu üçün Məmmədbəyli adlanıb. Bu variant xalq etimologiyası - yozumudur. Belə bir nəticə çıxarmaq mümkündür ki, Məmmədbəyli kəndinin ən azı 700 və bəlkə də bundan artıq yaşı vardır. Məmmədbəyli kəndi Arazın sol sahilində dağlar və təpələrlə əhatə olunmuşdur. Kənddən baxanda yamyaşıl tarla sahələri, bağlar öz füsunkarlığı ilə göz oxşayırdı.
Kənddəki e.ə. 3-cü minilliyə təsadüf edən «Kum qaya» və başqa tarixi yerlər oraların daha qədim yaşayış məskəni olmasından xəbər verir. Hacı Qasımın nəvəsi, Azərbaycanın Əməkdar müəllimi Hacıyev Dadaş Mehdi oğlunun evinin yaxınlığında qırx metrə qədər uzunluğu olan və nə vaxtsa yaşayış üçün qazılmış torpaq sərdabə son zamanlara qədər dururdu. Həkəri çayının sol sahilində, kiçk təpəliklər üzərində salınmış Məmmədbəyli kəndində tarixin sınaqlarından çıxmış ocaqlar, pirlər var idi. Həmin ocaqlardan biri "Yel piri" yaxud "Şam piri" adlanırdı. Kimdə "yel" - revmatizm xəstəliyi olsa bura pənah gətirər, şam yandırar, xəstəliyi üçün şəfa istəyərdi. Deyilənə görə kim buraya sidq-ürəklə qədəm qoysa şəfa tapar, həmin xəstəlikdən bir daha əziyyət çəkməzmiş. Kəndin kənarında qaya və təpəliklərin üstündə çox nadir ağaclar bitirdi. Onlardan biri də Dağdağan ağacı idi. Kənd camaatı həmin ağaclara sitayiş edər, xüsusilə bahar bayramlarında gedib dilək diləyər, onun budaqlarına müxtəlif çeşidli parçalar, yaylıqlar bağlayardılar. Nədənsə heç kəs onları açıb götürməz, istəklərinin bu yolla həyata keçəcəyinə inanardılar. Məmmədbəylinin qəbiristanlığı ilə Zərnəli və Havalı kəndlərinin qəbiristanlığı bir yerdə - bu kəndlərin arasında yerləşən və böyük ərazini əhatə edən yüksəklikdə salınmışdı. Burada qoç şəkilli qəbir daşlarına təsadüf edilirdi ki, bu da ya orada məskən salıb yaşayanların mal-darlıqla məşğul olduqlarından, ya da nə vaxtsa onu totem kimi qəbul etmələrindən xəbər verir. Kənd qəbiristanlığında hamı tərəfindən sınanılmış və inanc yerinə çevrilmiş seyidlər dəfn olunmuşdular. Onlardan Seyid Bəxşəli ağa ilə Seyid Gülzarın qəbirləri camaatın inam yerinə çevirilmişdi. Adamlar tez-tez buraya nəzir qoyar, diləklərinin çin olmasını, arzularının həyata keçməsini arzulayardılar.
Zəngilan rayonunun Məmmədbəyli kəndi 29 oktyabr 1993-cü ildə işğal olunub.
Zəngilan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |