Müzəffər Ağamalızadə

Müzəffər Məhəmməd İbrahim oğlu Ağamalızadə (23 yanvar 1940, Bakı) — Azərbaycanın görkəmli fleyta ifaçısı, professor, Azərbaycan Respublikasının xalq artisti (2005).

Müzəffər Ağamalızadə
Müzəffər Ağamalızadə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin tərkibində Fikrət Əmirovun "Kürd ovşarı" simfonik muğamını ifa edir, Bakı, Azərbaycan, 2009-cu il, Mart ayı.
Müzəffər Ağamalızadə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin tərkibində Fikrət Əmirovun "Kürd ovşarı" simfonik muğamını ifa edir, Bakı, Azərbaycan, 2009-cu il, Mart ayı.
Ümumi məlumatlar
Doğum tarixi (84 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti ifaçı , pedaqoq
Fəaliyyət illəri 1958–günümüz
Musiqi aləti fleyta
Təhsili Azərbaycan Dövlət Konservatoriyası
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2005 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1989

Müzəffər Ağamalızadə Məhəmməd İbrahim oğlu 23 yanvar 1940-cı ildə Bakıda fəhlə ailəsində dünyaya gözlərini açmışdır. O, Azərbaycan Dövlət Konservatoriyası nəznində olan 10 illik musiqi məktəbində (1953-1958) P.N.Zilbermanın sinfini bitirmiştir. Daha sonra, 1958–1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet simfonik orkestrində ifaçılıq fəaliyyətinə başlamış, bu dövr ərzində Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə (1959) iştirak etmişdir. 1959-64-cü illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fleyta sinfinə (Ə.İsgəndərovun sinfi) daxil olub, Solist, orkestra Solisti, müəllim ixtisaslarını qazanmışdır. 1960-62-ci illər arasında isə Azərbaycanda keçirilən müsabiqə və yarışmalarda birincilik diplomlarını almışdır. 1963-cü ildə isə Leninqrad şəhərində keçirilən müsabiqədə iştirak etmişdir.

1961-72-ci illər ərzində Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Solisti olmuş, 1970-ci ildən nəfəs alətləri kvintetinin ifaçısı kimi fəaliyyət göstərmişdir. 1965-ci ildən etibarən Asəf Zeynallı adına musiqi texnikumunda müəllim kimi çalışmış, 1972-75-ci illərdə isə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində işləmişdir.[1]

Müzəffər Ağamalızadə 1975–1978-ci illərdə Sovetlər birliyi Mədəniyyət Nazirliyi tərəfindən Əlcəzair Bələdiyyə (Dövlət) Konservatoriyasına ezam edilərək, burada həm dərs demiş, həm də konservatoriyanın orkestrində solist olaraq fəaliyyətinə davam etmişdir. Vətənə qayıtdıqda isə bir çox not nümunələrini özü ilə gətirmişdir. Qeyd olunmalıdır ki, dövrün texnologiya sahəsində məhdudiyyətlərin olmasına baxmayaraq, M.Ağamalızadə həmin notları əlyazma vasitəsilə nüsxəsini çıxarmışdır.

İfaçının pedagoji fəaliyyəti 1979-cu ildə yenidən Bakıda davam etmişdir. Belə ki, 1979-84-cü illərdə Asəf Zeynallı adına musiqi texnikumunda, 1979-cu ildən başlayaraq Azərbaycan Dövlət Konservatoriyasında Nəfəs və Zərb alətləri kafedrasında çalışmaqdadır.

O, 1972-92 illər ərzində özünün yaratdığı və rəhbərlik etdiyi nəfəsli kvintetlə Azərbaycan və Sovetlər Birliyinin bir çox şəhərlərində konsertlər vermişdir. Bununla yanaşı olaraq, onun təşəbbüsü ilə Azərbaycan Radio və Televiziya komitəsində Azərbaycan və Dünya bəstəkarlarının əsərləri lentə alınmışdır. Müzəffər Ağamalızadə 1984-cü ildə görkəmli dirijor Niyazinin istəyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin tərkibinə qayıtmışdır. O, burada 1992-ci ilə qədər çalışdıqdan sonra Türkiyəyə dəvət edilmişdir. İlkin olaraq, Ədirnə şəhərinin Trakya Universiteti Dövlət Konservatoriyasında, daha sonra 1995-ci ildən Ankaranın Bilkənt Universitetində həm orkestr solisti, həm də pedaqoq olaraq fəaliyyətinə davam etmişdir. Müzəffər Ağamalızadə Türkiyədə 1992-2002-ci illərdə yaşayaraq çalışmışdır. Vurğulamaq lazımdır ki, o, Bakıya gəldiyi zaman öz təşəbbüsü ilə eni və uzunluğu 1 metrə bərabər, məhz notlarla dolu olan qutu gətirmişdir. Onun məhz bu kimi təşəbbüsləri Azərbaycan fleyta ifaçılığı məktəbinin inkişafına verilmiş töhfələr sırasındadır.

2002-ci ildə yenidən vətənə qayıdan Müzəffər Ağamalızadə Azərbaycan Dövlət Simfonik Orkestrində Solist kimi Çalışmışdır. O, həmin ildən etibarən, Bakı Musiqi Akademiyasının Nəfəs və Zərb alətləri kafedrasında professor olaraq günümüzdə də çalışmaqdadır.[2]

Dövlət tədbirləri

[redaktə | mənbəni redaktə et]

2020-ci il yanvarın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Müzəffər Ağamalızadənin anadan olmasının 80 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.[3]

Xaricdə olan konsert həyatı

[redaktə | mənbəni redaktə et]
  1. Ağamalızadə Müzəffər Məmmədibrahim oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 163. ISBN 978-9952-441-02-4.
  2. 1 2 "Ağamalızadə Müzəffər Məmməd İbrahim oğlu". musicacademy.edu.az (az.). Bakı Musiqi Akademiyası. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2019.
  3. "Müzəffər Ağamalızadənin 80 illiyi keçirilib". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-17.
  4. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 16 sentyabr 2005. 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2019.
  5. "Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 10 may 2019. 10 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2019.
  6. "Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında". 2020-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-17.