Fleyta

Fleyta — nəfəslə çalınan musiqi aləti.

Fleyta
Hornbostel–Zaks təsnifatı 421[1]
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İtalyanca "flauto" sözü "külək, meh" deməkdir.

Qədim tarixə malikdir. Keçmişdə qamışdan düzəldilən fleytanı şaquli (uzununa) tutaraq çalırdılar. Əsrlər boyu bu alət təkmilləşdirilmişdir, hal-hazırda üfqi (eninə) vəziyyətdə tutularaq çalınır. 1832-ci ildə alman fleytaçısı T. Byom tərəfindən təkmilləşdirilmişdir [2].

XVIII yüzillik qoboy və köndələn fleytanın yerinin orkestrdə görünməsinin, möhkəmlənməsinin şahididir. Ilk dəfə fleytanı opera orkestrində daimi alət kimi tətbiq edən Lülli olmuşdur. Onun orkestrindəki fleyta dikinə (blokfleyta) ifa olunurdu. Dikinə və ya ucluqlu fleytanı qarşıda düz saxlayırdılar. Bu fleytanyn səsi daha poetik olduğu üçün başqa bir adı da italyanca “flüte dolce” - zərif fleytadır. Böyük səs gücünə malik köndələn fleyta daha uzunömürlü olub müxtəlif təkmilləşdirilmələrə asanlıqla uyuşdu. Elə buna görə də o, XVIII yüzilliyin ortalarında dikinə fleytanı simfonik orkestrdən tamamilə sıxışdırıb çıxara bildi.

Köndələn fleytanyn nə vaxt yaranması məlum deyil. Fərz olunur ki, Qərbi Avropaya, xüsusən Almaniyaya o, Asiyadan keçmişdir.[3]

Daha çox intonasiya dəqiqliyinə nail olmaq və menzuradan səsin rahat çıxmasından ötrü sonralar fleytaya sabit dəyişməz görkəm verdilər. XVII əsrə qədər fleyta bir parça taxtadan hazırlanırdı. XVII yüzillikdən fleyta təkmilləşdirilməyə başladı, klapan və yardımçı vasitələr alət boyu bütün diapazonlarda xüsusi intonasiya dəqiqliyinə nail olmağı asanlaşdırdı. Fleytany təkmilləşdirən usta musiqiçilər ichərisində Denner (1655-1707), Kvants (1697-1773) və başqalarını qeyd etmək olar. Almaniyanın Nürnberq şəhərində ağac nəfəs alətləri ustası Iohann Kristof Denner və bəstəkar, pedaqoq Iohann Yoaxim Kvants fleytaya musiqi auditoriyasının diqqət və rəğbətinin qazanmasına nail oldular. Iş o yerə gəlib çatdı ki, vəliəhd şahzadə II Fridrix Kvantsdan fleytada çalmaq dərslərini aldı.[4]

Fleytanın tədrisini Azərbaycanda Q. Mədətov başlatmışdır, şagirləri tərəfindən davam etdirilmişdir [5].

Müasir fleyta qara ağac və ya metaldan (gümüş, melxior və ya mis) 67-68 sm uzunluqda böyük borudan ibarətdir. Material səslənməyə təsir göstərir. Metal fleytalar daha sirayətedici, ağac fleytalar isə daha yumşag səsə malikdir. Fleyta borusu üç hissədən ibarətdir. Yuxarı hissə "baş" adlanır. Orada havanı üfürmək üçün “dodaq” və ya “köndələn” dəliyi açılıb. Bu dəlik dodaq cizgilərinə uyğun qalınlaşır. Bu, alətin ifa zamanı dözümlünü artırıb izafi səs itkisinə yol vermir. Başlığın əsası kökləmək üçün hərəkət edə bilən tıxacla örtülür.

Fleytanın orta hissəsi “korpus” adlanır. Orada əsas klapanlar açıg vəziyyətdə yerləşir. Fleytanın klapan mexanizmi, qoboyklarnetə nisbətən sadədir. Əlavə trel klapanlarının sayı çox deyil.

Fleytanın aşağı hissəsi “ayaq” və ya “pəncə” adlanır. Burada üç və ya dörd klapan yerləşir. Aşağı hissəsində dörd klapan olan fleyta, üç klapanlıya nisbətən tembrcə daha genişdir.[6]

Fleytanın quruluşunda iki sistemi fərqləndirmək lazımdır:

  • adi fleyta altı dəlikdən ibarətdir, barmaqlarla örtülür. Bundan başqa diatonik və xromatik səpkidə alətin bütün səsdüzümündə ifanı təmin edən 13-15 klapan olur. Adi fleyta indi təkmilləşdirilmiş Teobald Büm (1794-1881) fleytası tərəfindən sıxışdırılıb aradan çıxarılmışdır.
  • Böm sistemli fleytada bütün dəliklər klapanlarla örtülür. Bu virtuoz ifa imkanlarını asanlaşdırır [7]. Böm fleytasının əsas yeniliyi üzükvari klapan örtüklər idi. Almaniyada bu ixtira qiymətləndirilmədiyindən Böm onu fransız və ingilis ustalarına satdı. Alman ifaçıları deyirdilər ki, üzükvari klapanlar fleytanın əsl, özünəməxsus səsini vermir. Daha sonralar Bömün fleytası Strasburq şəhərində Bürger tərəfindən təkmilləşdi.[8]

Fleyta pikkolo daha nazik və incə yüksək səsli alətdir. Bu, simfonik orkestrin ən incə səsli alətidir. Onun diapazonu təxminən fleyta ilə eyni olsa da bir oktava yuxarı səslənir.

Çox nadir hallarda altbas fleytalara da təsadüf edilir. Onların ölçüsü adi fleytadan bir qədər böyükdür və səsi daha qalındır.[9]

Simfonik orkestrlərdə fleytanın özünəməxsus yeri var. “Bu alətdə mürəkkəb virtuoz musiqi çalarını tək və qoşa hissələrlə (stakkato, frullato, akkordlar) ifa etmək mümkündür. Eyni zamanda flejytada kantilena da gözəl səslənir. Fleytanın diapazonu kiçik oktavanın si notundan dördüncü oktavanın fa notuna qədər səsdüzümünü əhatə edir, skripka açarında notlaşdırılır. Ağac nəfəs alətləri qrupuna aid edilsə də, indi fleytanı müxtəlif metalların xəlitəsindən hazırlayırlar.” [10][11]

  1. Consortium M. Revision of the Hornbostel-Sachs Classification of Musical Instruments by the MIMO Consortium.
  2. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Fleyta Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine
  3. Ю. Усов. История зарубежтого исполнительства на духовых инструментах». Москва: «Музыка» 1978, стр. 25-26.
  4. Н. Платонов. «Школа игры на флейте». Москва: «Музыка» 1983, стр. 3.
  5. Из истории класса флейты Бакинской Музыкальной Академии им. Узеира Гаджибекова Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine. Журнал HARMONY.
  6. А. Искендеров. Об использовании флейты в симфоническом оркестре. Ученые записки, серия ХIII, история и теория музыки, N 1(6), 1969, Баку, səh. 5.
  7. А. Магомедов. Вопросы методики обучения игре на духовых инструментах. Баку: «Азербайджанское Государственное Музыкальное Издательство», 1962, sяh.10
  8. Н.Платонов. Школа игры на флейте. Москва: «Музыка» 1983, səh. 3.
  9. "Sevda Əliqızı. Hekayətli musiqi lüğəti". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-10.
  10. Азер Абдуллаев. Очерк истории исполнительства на духовых инструментах европейского типа. Баку: «Адилоглы» 2003, səh.62
  11. İlham Nəcəfov. Fleyta və ney musiqi alətlərinin müqayisəli təhlili Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine. "Musiqi dünyası" jurnalı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]