Müzəffər Səfərov

Müzəffər Allahverdi oğlu Səfərov (4 may 1932, Şıxmahmud, Naxçıvan MSSR17 iyul 2016) — Azərbaycan aktyoru, Naxçıvan Dövlət Musiqili Dram Teatrının solisti.

Müzəffər Səfərov
Doğum tarixi
Doğum yeri Şıxmahmud, Naxçıvan rayonu, Azərbaycan SSR
Vəfat tarixi (84 yaşında)
Teatr Naxçıvan Dövlət Musiqili Dram Teatrı

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Müzəffər Allahverdi oğlu Səfərov 1932-ci il mayın 4-də Babək rayonunun Şıxmahmud kəndində anadan olub. Gözəl səsi və xanəndəlik istedadı səhnə həyatında özünü göstərən cəhətlərdən olub. Müxtəlif dram dərnəklərində fəaliyyət göstərən Müzəffər Səfərov qüdrətli sənətkar İbrahim Həmzəyevin tövsiyəsi ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına gəlib. H. Cavidin "Şeyx Sənan", Ü. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", S. Vurğunun "Vaqif", S.S. Axundovun "Laçın yuvası", S. Rüstəmin "Qaçaq Nəbi", K. Ağayevanın "Məhsəti", H. Razinin "Odlu diyar" tamaşalarında yaratdığı Kor Ərəb, Zeyd, Kərəm, Xanəndə, Səlim bəy, Qəhrəman, Aşıq Əli kimi obrazlar onun aktyor məharətini aşkara çıxarıb. Müzəffər Səfərov "Rolun böyük-kiçiyi yoxdur, aktyorun böyük-kiçiyi var " ifadəsini teatr həyatında doğruldan sənətkar olub. Tanınmış xanəndə Yaşar Səfərovun əmisidir. 1974-cü ildə o, "Naxçıvan MSSR əməkdar artisti" fəxri adına və 2009-cu ildə Prezident təqaüdünə layiq görülüb. Azərbaycanın müxtəlif rayonları, Gürcüstan, Dağıstan Respublikaları, o cümlədən Türkiyədə müxtəlif tamaşalarla qastrol səfərlərinində olub. 2016-cı il iyul ayının 17-də vəfat edib.