Məşədi Mirzə Qafar İsmayılov — azərbaycanlı məşhur memarlardan biri və Qasım bəy Hacıbababəyovun şagirdi. Fəaliyyəti boyunca yüzdən çox bir və iki mərtəbəli şəxsi evlərin memarlığını etmiş. Bundan başqa da, xeyli sayda dükanların, məscidin və ictimai hamamın da memarı olmuşdur.[1]
Məşədi Mirzə Qafar İsmayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vətəndaşlığı | Rusiya imperiyası |
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Bakı, |
Əsas tikililəri | |
Təsirlənib | Qasım bəy Hacıbababəyov |
Vikianbarda əlaqəli mediafayllar |
Məşədi Mirzə Qafar İsmayılov tanınmış azərbaycanlı memar Qasım bəy Hacıbababəyovun tələbəsi olmuşdur. O, 1868-ci ildən 1898-ci ilə qədər memarlıq fəaliyyəti ilə məşğul olmuşdur. O, memarlıqdan başqa, dizaynerlik də etmişdir.[2] Mirzə Qafar təkcə İçəri Şəhərdə 25-dən çox şəxsi evin memarı olmuşdur.[3]
1893-cü ildə İçəri Şəhərdə tikilmiş Xanlar məscidi də Mirzə Qafarın layihəsi əsasında inşa olunmuşdur.[4]
O, 1896-cı ildə tikintisi başa çatmış Qasım bəy məscidinin memarı olmuşdur. Məscid o zamanki Karantika, indiki Əziz Aslanov küçəsində yerləşməkdə və bir çox xüsusiyyəti etibarilə Bəylər məscidinə bənzəməkdədir. Buna baxmayaraq, bu iki məscidin arasında müəyyən fərqlər də mövcuddur.[5][6]
Onun bir digər əsəri olan və Tacir Babayevə məxsus olan bina 1900-cü ildəəsasında tikilib. Əvvəllər iki mərtəbədən ibarət olan binaya 3-cü mərtəbə sonralar əlavə olunub. Nəriman Nərimanov bu binanın 2-ci mərtəbəsində 1913–1918-ci illərdə ailəsi ilə birgə yaşayıb.[7]