Xanlar məscidi (İçərişəhər)

Хanlar məscidi — İçərişəhərdə yerləşən XIX əsrə aid tarix-memarlıq abidəsi.

Xanlar məscidi
Xəritə
40°22′05″ şm. e. 49°50′08″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər, Firdovsi küçəsi, 21
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Memar Məşədi Mirzə Qafar İsmayılov
Sifarişçi Xanlarov qardaşları
Tikilmə tarixi 1893
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
İstinad nöm.90
ƏhəmiyyətiMəscid
KateqoriyaMemarlıq abidələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda yaşayış evi kimi istifadə olunur.

Xanlar məscidi XIX əsrin sonunda Хanlarov qardaşlarının sifarişi ilə İçərişəhərdə evlərinin yaxınlığında tikilib.[1][2][3] Məscidin memarı Məşədi Mirzə Qafar İsmayılovdur.[4][5]

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[6]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[7][8]

Hal-hazırda yaşayış evi kimi istifadə olunur.

Məscid uzadılmış dördbucaq şəklində, yaşayış məhəllələrinin cərgəsində yerləşir.[5] Giriş üç hissəyə bölünüb. Mərkəzdəki bölmə günbəzlə tamamlanır, yanlardakılar isə qübbələr ilə örtülüb. Zalın uzununa оxu istiqamətində cinahlarda qoruyucu pəncərəli, zəngin naxışlı mehrab yerləşir. İnteryer nəbati хarakterli naxış motivləri ilə zəngindir.[2]

  1. Fətullayev, Şamil. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF) (az.) (Şərq-Qərb nəşriyyatı). Bakı. 2013. 56. 2024-01-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-29.
  2. 1 2 "Içərişəhər :: Ölkə Əhəmiyyətli Abidələr". icherisheher.gov.az. 2015-06-18. Archived from the original on 2015-06-18. İstifadə tarixi: 2024-01-29.
  3. Искендеров, Алигусейн. "Памятники зодчества". Каспий. 2009-11-07. səh. 11. 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  4. Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 94. ISBN 978-9952-32-020-6.
  5. 1 2 Fərhadoğlu, Kamil. İçərişəhər (az.). Bakı: Ş-Q və Çinar-çap. 2006. 140. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.
  6. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  7. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  8. İbrahimov, Ramid. "İçəri Şəhərdəki sirli Dördbucaqlı qala haqqında nə bilirik?". www.anl.az. 2014-02-22. səh. 13. 2014-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.