Məbud İsmayılzadə

Məbud İbrahim oğlu İsmayılzadə (24 mart 1924, Zərdab rayonu17 sentyabr 2004, Bakı) – Tanınmış mədəniyyət işçisi, teatr təşkilatçısı, teatr rejissoru, ssenarist. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979).

Məbud İsmayılzadə
Doğum tarixi
Doğum yeri Zərdab, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Ümumşəhər qəbiristanlığı
Fəaliyyəti rejissor
Fəaliyyət illəri 1951—2004
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1979

Məbud İsmayılzadə 1927-ci ilin mart ayının 24-də Zərdab rayonunda dünyaya gəlib.

Məbud İsmayılzadə ilk əmək fəaliyyətinə 1942-ci ildə, on altı yaşında həmin vaxtlar Zərdabda fəaliyyət göstərən Dövlət Dram Teatrında başlayıb. Teatr sənətinə böyük maraq, onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib. 1951-ci ildə institutun rejissorluq fakültəsini bitirib, elə həmin il Respublika Xalq Yaradıcılığı Evinin direktoru təyin olunub. Bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud müəllim "Çinar", "Şur" kimi məşhur kollektivlərin, 30-dan çox Xalq teatrının yaranmasının, respublika miqyaslı bayram şənliklərinin, festivalların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından biri olub. 1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış "Xalq yaradıcılığı bayramı"nın, 1955-ci ildə keçirilən Respublika bədii özfəaliyyət baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən "Azərbaycan mədəniyyəti ongünlüyü" çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz M. İsmayılzadə olmuşdu. Bu tədbirlər özünün rəngarəngliyinə, rejissor yozumuna görə də böyük tamaşaçı marağı qazanmışdı. 1972–1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Abidələrin və muzeylərin qorunması idarəsinin rəis müavini vəzifəsində çalışıb.

1973-cü ildən 1981-ci ilə qədər Lənkəranda Dövlət Dram Teatrın direktor və baş rejisor vəzifələrində çalışıb. M. İsmayılzadənin Lənkəran Dövlət Dram Teatrına rəhbərliyi dövründə kollektiv bir çox uğurlara imza atır, respublikanın qabaqcıl teatrlarından birinə çevrilir.

Lənkəran Dövlət Dram Teatrındakı uğurlu fəaliyyətindən sonra o, Azərbaycan Konsert Birliyinin bədii rəhbəri təyin edilib. Uzun illər buranın həm bədii rəhbəri və həm də rejissoru kimi bir-birindən uğurlu işlərə imza atıb.

Gördüyü bu uğurlu işlərə görə M. İsmayılzadə dəfələrlə Lənkəran şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib. O, mədəniyyət sahəsində xidmətlərinə görə respublika Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmiş, 1979-cu ildə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib.

2004-cü il sentyabrın 17-də Bakı şəhərində vəfat edib.

Qurluş verdiyi tamaşalar

[redaktə | mənbəni redaktə et]

Lənkəran Dövlət Dram Teatrı

1974

1977

1979

Şuşa Dövlət Musiqili Dram Teatrı

2002

  • Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub— 2 aprel 1979[1]
  1. Xalq istedadları (film, 1967) (Ssenari müəllifi)