Şuşa Dövlət Musiqili Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərən musiqili dram teatrlarından biri.[1]
Şuşa Dövlət Musiqili Dram Teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Teatrın tipi | Musiqili komediya |
Əsası qoyulub | XX əsrin əvvəlləri |
Heyət | |
Direktor | Yadigar Muradov |
Baş rejissor | Loğman Kərimov |
Yerləşməsi | |
40°25′30″ şm. e. 49°50′37″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Bakı |
Ünvan | Süleyman Sani Axundov, küç 48 |
|
1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişidilərərk Şuşa Dövlət Musiqli Dram Teatrı olub. Ona Üzeyir Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettaları da oynanılıb.[2] Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə (11 may 1990) Mədəniyyət Nazirliyi tərəfindən (25 may 1992) Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edildi. 1992-ci ildə teatr məlum Qarabağ hadisələri ilə bağlı Bakıya köçdü. Uzun illər Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşdı (1992–2005). Hazırda Bakıdakı "Savalan" kinoteatrının binasında fəaliyyət göstərir (2005-ci ildən). Teatrın Bakıda ilk tamaşası Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili əsəri olub (13 fevral 1993).[3]
1841-ci ildə Şuşa şəhəri qəza mərkəzinə çevrilib. Bundan sonra inzibati idarə binaları ilə yanaşı, mədəniyyət obyektləri də tikilməyə başlayıb. Şuşa tezliklə Qafqazın mədəniyyət mərkəzlərindən biri kimi məşhurlaşıb. On doqquzuncu əsrin qırxıncı illərində Şuşada Lamberkerin sirk binası fəaliyət göstərib. Burada musiqi məclisləri də qurulub. Mətbuatən yazdığına görə ("Kavkaz" qəzeti, 1948, № 3) 1848-ci ildə Şuşada hücrələri olan teatr binası tikilib. Lakin həmin binada göstərilən tamaşalar barədə sənədlər hələ tapılmayıb. 1854-cü ildə Şuşada klub yaradılıb. Bir müddət bura qumarxana kimi istifadə edilib. 1871-ci ildə təmir edilərək şəhər ziyalılarının ixtiyarına verilib.[5]
Qarabağ xanlığının mərkəzi olan, Qafqazın konservatoriyası adlanan Şuşa şəhərində teatr sənətinə də böyük maraq olub. XIX əsrdə Qafqazın mədəni mərkəzlərindən sayılan Şuşada ilk teatr tamaşası 1874-cü ildə göstərilib. Yerli ziyalılar və məktəb şagirdləri Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasım tamaşaya qoyublar. Teatra maraq ilbəil artıb. 1891-ci ildə Şuşada bəyzadə İ. Xandəmirov yeni teatr binası inşa etdirib. 1880-1900-cü illər arasında Şuşada yerli ziyalıların, xaricdə təhsil alan tələbələrin, müəllim və şagirdlərin iştirakı ilə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli-şah", "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğu dəyər", "Ev tərbiyəsinin bir şəkili", Rəşid bəy Əfəndiyevin "Saqqalın kəraməti", Haşım bəy Vəzirovun "Qocalıqda yorğalıq", "Evlənmək su içmək deyib" tamaşaya qoyulub. Şuşada ilk dəfə opera səpkisində "Məcnun Leylinin qəbri üstündə" səhnəciyi göstərilib. Cabbar Qaryağdı oğlu Məcnunun rolunu oynayıb və gələcəyin dahi bəstəkarı Üzeyir bəy Hacıbəyli bu tamaşada xorda oxuyub.
Rusiya və Avropanın müxtəlif şəhərlərində təhsil alan ziyalı gənclər yay tətillərində Qarabağın mərkəzində teatr prosesini daha da canlandırıblar. Bu baxımdan Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun və Haşım bəy Vəzirovun xidmətləri daha çoxdur. 1880–1919-cu illərdə şəhərdə Mirzə Muxtar Məmmədov, Bədəl bəy Bədəlbəyli, Əbülfət Vəli (Vəliyev), Firudin bəy Köçərli, Həsənəli Sancalinski, İsmayıl Şəfıbəyov, Cabbar Qaryağdıoğlu, Cəlil bəy, Qambay bəy, Xosrov bəy və Azad bəy Əmirovlar, Rzaqulu Nəcəfov, Surxay Adıgözəlov, doktor Kərim Mehmandarov, Yusif bəy Ağayev, Rəsul Tahirov, Salah bəy Zöhrabbəyov, Cavad Vəzirov, Mirzə Ələkbər Axundov, Hüsü Mamayev, Xosrov Mamayev, Həbib bəy Köçərli, Zülfüqar Seyidbəyov, Məmmədəli Orucov kimi səhnə həvəskarları olub. Şuşamn teatr həvəskarları Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin əsərlərini, Üzeyir bəy Hacıbəylinin, Zülfüqar bəy Hacıbəylinin opera və operettalannı oynayırdılar.
1920–1937-ci illərdə Şuşada teatr prosesi bir qədər də canlamb. Nərmaniyyə, Şuşa qəza firqə məktəblərinin, Cavanlar ittifaqının dram dəməklərində tez- tez tamaşalar oynanılıb. Teatr həvəskarlarının daha fəalları Xosrov Mamayi, Xuduş Abbaszadə, Mikayıl Vəlixanov, Heydər Şəmsizadə, Rəhim Mirzəzadə, Cəmil Lazımzadə, Cəmil Əkbərzadə, Mir Hadi Ağamirzadə, Xudadat Tağızadə, Nəriman Axundov, Mahmud Şəfizadə, Əbdüləli Ömərzadə olublar. 1920-ci illərdə Şuşa teatr həvəskarları dəstəsi bir müddət hökumət teatrının şöbəsi adlanıb. Milli Dram Teatrının aparıcı aktyorları tez-tez Şuşaya gələrək yerli həvəskarlarla tamaşalar hazırlayıblar və özləri də həmin səhnə əsərlərində iştirak ediblər. 1935-ci ildə şəhərdə Sabir adına klub açılır və dram həvəskarları burada mərkəzləşir. Beləliklə, 1938-ci ildə Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaranır.
1901 −1919-cu illərdə Şuşanın teatr prosesi yeni yaradıcılıq mərhələsi keçib. Şəhərdə maarifləndirmə işlərinə xidmət edən "Cəmiyyət evi" yaradılıb. İlboyu teatr tamaşaları göstərilib. Xüsusən yay aylarında şəhərdə hər həftə, bezən həftədə iki-üç tamaşa oynanılıb. Uilyam Şekspirin dramaturgiyasına Azərbaycanda ilk dəfə Şuşanın teatr həvəskarları müraciət ediblər, ədibin "Otello" faciəsi burada oynanılıb. Teatr tamaşaları hazırlamaqda 5-ci türk-rus, Realni və Nikolayevski məktəblərinin müəllim və şagirdləri fəallıq göstəriblər. 1919-cu ildə Üzeyir bəy və Zülfüqar bəy Hacıbəylilərin "Müdiriyyət"inin Şuşa filialı açılıb. Burada, əsasən, muğam operaları və ope- rettalar oynanılıb.
"Hacı Qara", "Lənkəran xanının vəziri", "Xırs quldurbasan" (Mirzə Fətəli Axundzadə), "Bəxtsiz cavan", "Dağılan tifaq" (Əbdürrəhim bəy Haqverdiyev), "Solğun çiçəklər", "Sevil", "Almaz", "Yaşar", "Aydın", "Oqtay Eloğlu", "1905-ci ildə" (Cəfər Cabbarlı), "Vaqif", "Fərhad və Şirin" (Səməd Vurğun), "Toy", "Xoşbəxtlər", "Aşnalar" (Sabit Rəhman), "Həyat" (Mirzə İbrahimov), "Qaçaq Nəbi (Süleyman Rüstəm), "Süleyman Rüstəm", "Vəfa" (Rəsul Rza), "Bahar", "Aslan yatağı" (Məmmədhüseyn Təhmasib), "Praqanının şabalıd ağacları altında" (Konstantin Simonov), "Varlı gəlin" (Valentin Katayev), "Vətən namusu" (Georgi Mdivani), "Mühəndis Sergeyev" (Vsevolod Rok)
"Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın bu olsun", "Ər və arvad" (Üzeyir bəy Hacıbəyli), "Aşıq Qərib", "Evliykən subay" (Zülfüqar bəy Hacıbəyli), "Gözün aydın" (Məhərrəm Əlizadə və Fikrət Əmirov), "Beş manatlıq gəlin" (Məmməd Səid Ordubadi və səid Rüstəmov) "Ürəkçalanlar" (Məmməd Səid Ordubadi və Fikrət Əmirov)[5]
Şuşa Dövlət Musiqili Dram Teatrı Azərbaycan Respublikası Nazirlər Sovetinin 11 may 1990-cı il tarixli 200 saylı Qərarı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 25 may 1990-cı il tarixli 192 saylı əmri ilə fəaliyyətə başlamışdır.1992-ci ildə Şuşa şəhəri işğal edildikdən sonra kollektiv Bakıya pənah gətirərək yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında davam etdirir. Yarandığı ilk gündən teatr öz repertuarını dünya dramaturgiyasının ən gözəl nümunələri ilə yanaşı, klassik və müasir Azərbaycan ədəbiyyatı ilə də zənginləşdirmiş və hazırladığı bir çox maraqlı tamaşalarla teatrsevərlərin rəğbətini qazanmışdır. Şuşa Teatrı 1994-cü ildə "Mono tamaşalar", 1998-ci ildə "Eksprimental tamaşalar", 1999-cu ildə "Milli klassika və teatr", 2000-ci ildə "Festivallar festivalı" respublika teatr festivallarının iştirakçısı olmuş, 2002-ci ildə isə Üzeyir Hacıbəyovun "Əyri oturaq, düz danışaq" tamaşasına görə "Qızıl dərviş" mükafatına layiq görülmüşdür.[6]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |