Məcid Kərimov Zahid oğlu (16 dekabr 1958, Bakı) — Azərbaycanın dövlət və ictimai xadimi.
Məcid Kərimov | |
---|---|
Məcid Zahid oğlu Kərimov | |
18 aprel 2001 – 6 dekabr 2004 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv olunub |
6 dekabr 2004 – 9 dekabr 2005 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Natiq Əliyev |
2005 – 2010 | |
Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Partiya | |
Təhsili | Azərbaycan Neft-Kimya İnstitutu |
Fəaliyyəti | Neft-qaz, Neftkimya |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Neft-qaz, Neftkimya |
Elmi dərəcəsi | Texnika elmləri doktoru.Professor |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikasının yanacaq-energetika naziri (2001-2004).[1] Azərbaycan Respublikasının sənaye-energetika naziri (2004-2005).[2] Azərbaycan Respublikasının "AzərKimya" Dövlət Şirkətinin Prezidenti (2005-2010). Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı.[3] Professor,[4] texnika elmləri doktoru.[5] Azərbaycan Respublikasının əməkdar elm xadimi.[6]
Məcid Kərimov 1958-ci il dekabrın 16-sı Bakı şəhərində anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
1980-1989 – Neft və qaz sahəsi üzrə mühəndislik.
1989-1999 – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) sistemində fəaliyyət.
1999-2001 – ARDNŞ-in "Dənizneftqazlayihə"-nin direktoru.
2001-2004 – Azərbaycan Respublikasının yanacaq-energetika naziri.
2004-2005 – Azərbaycan Respublikasının sənaye-energetika naziri.
2005-2010 – Azərbaycan Respublikasının "AzərKimya" Dövlət Şirkətinin Prezidenti.
2006-2010 – Azərbaycan Respublikasının Milli Məclisin deputatı.
2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Azəri-Çıraq-Günəşli», «Şahdəniz», «Bakı-Tibilisi-Ceyhan» və «Bakı-Tibilisi-Ərzurum» layihələrinin həyata keçirilməsi üzrə komissiyanın sədri olmuşdur.[7] «Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı»nın və «Azərbaycan Respublikasının alternativ və bərpa olunun enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı»nın işlənib hazırlanmasına rəhbərlik etmişdir.
Beynəlxalq Mühəndislər Akademiyasının akademikidir.[8]
200-dən çox elmi əsərin, 10 monoqrafiya və 10-dan çox ixtiranın müəllifidir.
Evlidir, 2 övladı var.