Məcnun Vahidov

Məcnun Vahidov — Azərbaycanlı müəllim-pedaqoq, yazıçı-ssenarist. Texnika elmləri namizədi, dosent.

Məcnun Vahidov
Məcnun Əbdülvahid oğlu Vahidov
Doğum tarixi
Doğum yeri Ağdaş
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi terror
Fəaliyyəti şahmat bəstəkarı[d]

Məcnun Abdulvahid oğlu Vahidov 27 iyul 1946-cı ildə Ağdaşda anadan olub.

1969-cu ildə AzNKİ-nun Neft-mexanika fakültəsini bitirib və ömrününü sonuna kimi də bu təhsil ocağında çalışıb. Mancanaq dəzgahların optimal layihələşdirilməsi ilə məşğul olub. 80 elmi əsərin və 10 ixtiranın müəllifidir. Şahmat bəstəçiliyi üzrə idman ustası idi. "Şahmat bəstəçiliyi" və "Karavan mansub na Velikom Şelkovom" kitablarının müəllifidir. Azərbaycan Şahmat Federasiyası nəzdində şahmat bəstəçiliyi üzrə komissiyasının sədri və Azərbaycanın yığma komandasının kapitanı olub. 200-ə qədər şahmat məsələləri və etüdləri tərtib edib və bunların bir qismi beynəlxalq müsabiqələrdə mükafat qazanıb. Şahmat bəstəçiliyinə aid bir sıra nəzəri məqalələr dərc edib. Həmmüəllifləri ilə birgə o iki yeni mövzu kəşf edib və bunlar şahmat üzrə məlumat kitablarına daxil edilib. Hakimlik dərəcəsi olduğundan o, Bakı, Azərbaycan, SSRİ birinciliklərində və beynəlxalq yarışlarda hakimlik edib. Ədəbi yaradıcılıqla da məşğul olub. O, bir çox yumoristik hekayələrin və "Yarımştat" televiziya tamaşasının müəllifidir. Məcnun Vahidov eyni zamanda türkologiya ilə yaxından maraqlanıb və bu sahəyə bir neçə maraqlı məqalə həsr edib.

Məcnun Vahidov 30 aprel 2009-cu ildə Neft Akademiyasında törədilən terror aktı nəticəsində həlak olub.[1]

  1. Yarımştat (film, 1996) - ssenari müəllifi
  2. ADıNA günü (film, 2010) (qısametrajlı sənədli film) (ANS) - arxiv kadrlar
  1. "Məcnun Vahidov". kinozal.az.[ölü keçid]