Mədəd Çobanov

Mədəd Namaz oğlu Çobanov (11 aprel 1937, Darbaz, Lüksemburq rayonu2 iyun 2023[1], Bakı) — türkoloq və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, Türk Dili Kurumunun üzvü, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü.

Mədəd Çobanov
Doğum tarixi 11 aprel 1937(1937-04-11)
Doğum yeri
Vəfat tarixi 2 iyun 2023(2023-06-02)[1] (86 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Dədə Qorqud qəsəbə qəbiristanlığı[d]
Elm sahələri filologiya, toponimika
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
Üzvlüyü

1937-ci il aprelin 11-də qədim Borçalı mahalinda – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub.[2] A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib, doğma Darbaz kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayıb, bir il müəllim işlədikdən sonra Əsgəri xidmətə yollanıb. Zabitlər məktəbini bitirib. Bir il Bolnisi rayon komsomol komitəsində çalışıb, sonra irəli çəkilib, fəaliyyətini rayon partiya komitəsində davam etdirib. Eyni zamanda, Azərbaycan EA-nın İ. Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil alıb. 1973-cü ildə Daşkənddə Özbəkistan EA-nın Dil və Ədəbiyyat institutinda "Bolnisi rayon şivələrinin leksikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə eləyib. Elə həmin ildən də A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunum Azərbaycan bölməsinə müəllim seçilib. 1994-cü ilədək düz 21 il həmin institutda müəllim, dosent, professor işləyib.

1992-ci ildə Bakı Dövlət Universitetində "Azərbaycan antroponimiyasının əsasları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. 1993-cü ildə professor seçilib.

1994-cü ildən Bakıda yaşayıb.

“Futuroloq” Fasiləsiz Təhsil Kompleksində vitse-prezident, Azərbaycan Futurologiya Universitetində prorektor, Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan vəzifələrində çalışıb. http://zim.az/esas/6112-grkmli-trkoloq-v-tannm-dili-alim-mdd-obanov-vfat-edib.html

Uzun illər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin "Dillər" kafedrasının müdiri olub.

Mədəd Çobanov S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasına rəhbərlik etdiyi müddətdə həmin kafedranın nəzdində "Qaynaq" Ədəbi birliyini, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin “Dillər” kafedrasının müdiri olduğu zaman isə həmin kafedranın nəzdində "Dalğalar qoynunda" adlı Ədəbi birlik yaradıb və uzun müddət həmin birliklərə rəhbərlik edib.

"Sevirəm Gürcüstanı" (Bakı, 1977), "Dostluq təranələri" (gürcü dilində, Tbilisi, 1998), ilk "Azərbaycanca-gürcücə danışıq lüğəti" (Tbilisi, 1977, 1991, Bakı, 2000), 2 cildlik "Azərbaycan-gürcü ədədi əlaqələri" (Bakı, 2017, 2019) və s. kitabları ilə iki qonşu xalq arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə xidmət etmişdir.

O, eyni zamanda, iki cildlik “Ədəbi düşüncələr” adlı kitabı ilə ədəbi tənqidçi kimi böyük nüfuz qazanmışdır.

Mədəd Çobanov gənclik illərdində bədii yaradıcılıqla da məşğul olmuş, bir dramın, iki pyesin, iki povestin, onlarla hekayələrin müəllifidir. Əsərləri türk, rus, gürcü, özbək, ingilis, fransız və s. dillərə tərcümə olunub.

Özü də rus və gürcü dillərindən bir neçə əsəri Azərbaycan dilinə tərcümə edib.

Müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində dərs deyib, mühazirələr oxuyub.

Yüzlərlə müəllimin, onlarla alimin yetişməsində böyük əməyi olub. Onların bir neçəsinin elmi rəhbəri, məsləhətçisi, opponenti və ya rəyçiləri olub.

"Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili", "Pedaqoji məsələlər", "Türk dillərinin ədəbi birliyinə doğru", "Dədə Qorqud — Qəhrəmanlıq dastanı, "Ədəbi düşüncələr", "Dilçilik məsələləri", və s. adda 80-dən çox kitabın, o cümlədən, 15 monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir. Onun əsərləri görkəmli alimlər və məşhur mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Türkiyə Dil Kurumunun üzvü və Nyu-York Elmlər Akademiyasının akademiki - həqiqi üzvü seçilib.

Uzun mddət Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.

Dəfələrlə Fəxri fərman, medal və müxtəlif mükafatlarla təltif olunub.

Prezident təqaüdünə layiq görülüb.

Azərbaycanda, Türkiyədə, Rusiyada, Gürcüstanda və Orta Asiya ölkələrində keçirilmiş Beynəlxalq qurultaylarda, elmi-nəzəri konfranslarda, simpoziumlarda, elmi-praktik seminarlarda məruzələrlə çıxış edib. Onlarla elmi məqalələri və kitabları həmin ölkələrdə çap olunub.[3]

Azərbaycan Respublikası "Təhsil" Mərkəzininin Baş direktoru olub.

Müxtəlif mükafat komissiyalarının, qəzet və jurnalların redaksiya heyətlərinin üzvü seçilib.

1997-ci, 2007-ci, 2012-ci və 2017-ci illərdə alimin 60, 70, 75 və 80 illik yubileyləri təntənəli surətdə qeyd olunub. Haqqında kitablar yazilib, məqalələr çap olunub, filmlər çəkilib, radio və televiziya verilişləri hazırlanıb.

Mədəd Çobanov həm də gözəl ailə başçısı idi. Ömür-gün yoldaşı, tibb işçisi Rima Nadir qızı ilə birlikdə 5 övlad — 4 qız və 1 oğul böyüdüb-boya başa çatdırıb. Hamısı da ali təhsilli və ailəlidir. Oğlu və iki qızı alimdir. 9 nəvəsi, 15 nəticəsi var. [4]

Mədəd Çobanov 2 iyun 2023-cü ildə 86 yaşında vəfat etmiş, iyunun 3-də Bakının Dədə Qorqud qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.[5]

  • "Borçalı toponimləri" (Bakı 1993, I nəşr; Bakı 1996, II nəşr),
  • "Qəhrəmanlıq dastanı" (Bakı, 2000)
  • Qələbə-60 Borçalı azərbaycanlıları ikinci dünya müharibəsinin cəbhələrində. Bakı: 2005
  • Türk ədəbi dillərinin birliyinə doğru: I cild. Bakı, Təhsil, 2008, 280 səh.
  • Ədəbi düşüncələr (2011-ci ildən sonra yazılmış ədəbi-tənqidi yazılar). Bakı: 2016
  • ""Eçmiədzin" türk sözüdür" "Ziya" qəzeti. 27. aprel 1992
  • ""Eçmiədzin" nə deməkdir?" "Vətən səsi" qəzeti. 20. noyabr 1992
  1. 1 2 https://www.mia.az/w1049522/1049522.
  2. "TƏRCÜMEYİ – HAL". 2013-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2005-01-10.
  3. "MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-08.
  4. "Məqalə". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-05.
  5. "Professor Mədəd Çobanov vəfat edib". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-08.