Darbaz (gürc. დარბაზი) — Darbazi, azərbaycanca: Darvaz və ya Darbaz) — Gürcüstanın Bolnisi rayonunda kənd[1].
Darbaz | |
---|---|
41°24′51″ şm. e. 44°19′35″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Rayon | Bolnisi rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 820 m |
Əhalisi | |
Əhalisi | 3743 (2002) nəfər |
Darvaz sözünün fars mənşəli "darvāze" — darvaza sözündən yarandığı ehtimal edilir. Orta əsrlərdə bu söz gürcü dilinin leksikonuna da daxil olmuşdur. Hazırda linqvistik olaraq daha çox "zal" və "dəhliz" anlamına gələn Darbaz həm də məşhur gürcü xalq memarlığı növüdür. Kaxeti və Samsxe-Cavaxeti vilayətlərində və Borçalının digər bölgələrində də analoji memarlıq nümunələrinə rast gəlmək mümkündür. Bolnisi rayonu ərazisində Darbaz adlı başqa bir kənd yaşayış məntəqəsi (rəsmi sənədlərdə Kiçik Darbaz kimi qeyd edilir və Faxralı kəndindən 7–8 km. cənubda yerləşir) də mövcuddur[2]. 1536-cı ilə aid olan arxiv sənədlərində Darbasçala, Darbazqala, Darboğaz və s. kənd adlarına rast gəlinir və bu kəndlərin qədim adları olduğu ehtimal edilir.[3]
Darvaz sözünün fars mənşəli "darvāze" — darvaza sözündən yarandığı ehtimal edilir. Orta əsrlərdə bu söz gürcü dilinin leksikonuna da daxil olmuşdur. Hazırda linqvistik olaraq daha çox "zal" və "dəhliz" anlamına gələn Darbaz həm də məşhur gürcü xalq memarlığı növüdür. Kaxeti və Samsxe-Cavaxeti vilayətlərində və Borçalının digər bölgələrində də analoji memarlıq nümunələrinə rast gəlmək mümkündür.
Bolnisi rayonu ərazisində Darbaz adlı başqa bir kənd yaşayış məntəqəsi (rəsmi sənədlərdə Kiçik Darbaz kimi qeyd edilir və Faxralı kəndindən 7–8 km. cənubda yerləşir) də mövcuddur. 1536-cı ilə aid olan arxiv sənədlərində Darbasçala, Darbazqala, Darboğaz və s. kənd adlarına rast gəlinir və bu kəndlərin qədim adları olduğu ehtimal edilir.[4]
Darvaz kəndində ilk dünyəvi məktəbin əsası 1919-cu ildə Gürcüstanda milli hakimiyyətin iqtidarda olduğu zaman qoyulmuşdur. Kənddən yüksək emiqrasiya şagirdlərin sayının kəskin azalması ilə müşayiət olunur. Belə ki, 1988-ci ildə məktəbdə 1278 nəfər şagird təhsil aldığı halda, 2005-ci ildə onların sayı 5 dəfəyə yaxın azalaraq 267 nəfərə düşmüşdür[5].
Darvaz kəndi Gədi (Keda) çayının sol sahilində, rayon mərkəzindən 23 km qərbdə, dəniz səviyyəsindən 900m hündürlükdə yerləşir. Qonşu kəndləri Kipircik və Dəmirlidir.
2002-ci il siyahıyaalmanın nəticələrinə əsasən kəndin əhalisi 3743 nəfər(847 ailə) təşkil etmişdir ki, onlardan da 50,6%-i kişilər, 49,4%-i qadınlardır. Sakinlərin 99%-i etnik azərbaycanlılardan ibarətdir[6].
Doğum səviyyəsinin yüksək olması ilə əlaqədar olaraq ötən əsrdə kəndin əhalisi sürətlə artmışdır. Belə ki, Çar Rusiyasının 1870-ci ildə həyata keçirdiyi ilk siyahıyaalma zamanı kənddə 72 ailədə 438 nəfər sakin yaşadığı halda 1926-cı ildə 208 ailədə 1144 nəfərə çatmışdır. Sosial vəziyyətin çətinliyi və yüksək işsizliklə əlaqədar kənd yüksək əmək emiqrasiyası ilə xarakterizə olunur. 2006-cı ilin hesablamalarına görə kənddə 3600 nəfər(837ailə) yaşayır.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |