Məhəmmədəmin Şeyxülislami Mükri

Məhəmmədəmin Şeyxülislami Mükri (kürd. Muhemedemînî Şêxelîslamî Mukrî, fars. محمدامین شیخ‌الاسلامی مُکری‎), həmçinin təxəllüsü ilə Həmin Mükriyani (kürd. Hêmin Mukriyanî, fars. هیمن موکریانی‎; 1 mart 1921, Məhabad, Qərbi Azərbaycan ostanı16 aprel 1986[1]) — kürd əsilli İran şairi, jurnalisti, tərcüməçisi və ədəbi tənqidçisi

Həmin Mükriyani
Doğum tarixi 1 mart 1921(1921-03-01)
Doğum yeri
Vəfat tarixi 16 aprel 1986(1986-04-16)[1] (65 yaşında)
Fəaliyyəti şair, yazıçı, tərcüməçi, jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmin Mükriyani 1921-ci ildə İranın Məhabad şəhəri yaxınlığındakı Laçın kəndində anadan olmuşdur. O, Məhabadda Səadət ibtidai məktəbində, ardınca Şərəfkənd kəndindəki Şeyx Bürxan xanəgahında dini təhsil almışdır. Hemin daha sonra Kürdüstan Dirçəliş Cəmiyyətinə qoşulmuşdur. İkinci Dünya müharibəsi zamanı Qızıl Ordu İranın bəzi hissələrini, o cümlədən Azərbaycanın əksər hissəsini və Kürdüstanın bir hissəsini işğal edərək Azərbaycan böhranına səbəb olmuşdur. Bu dövrdə Kürdüstan Dirçəliş Cəmiyyəti adını Kürdüstan Demokrat Partiyası olaraq dəyişmiş və Məhabad Cümhuriyyətini elan etmişdir. Həmin Mükriyani dostu Əbdülrəhman Şərəfkəndi ilə birlikdə Məhabad Cümhuriyyətinin xalq şairi seçilmiş, cümhuriyyətin baş naziri və dövlət başçısı Hacı Baba Şeyxin katibi olmuşdular. 1946-cı ilin dekabrında cümhuriyyətin süqutundan sonra baş verən repressiyadan qaçaraq İraq Kürdüstanına, Süleymaniyyəyə sığınmışdır. O, burada həbs edilmişdir. 11 mart 1970-ci il müqavilələrindən sonra Həmin Bağdada köçmüş və Kürd Elmlər Akademiyasının fəal üzvü olmuşdur.[2]

  1. Tarîk û Rûn, 1974.
  2. Naley Judaî, 1979.
  3. Paşerokî Mamosta Hêmin, 1983.
  1. 1 2 Swartz A. Hêmin // Open Library (ing.). 2007.
  2. "Hemin in Encyclopaedia Iranica". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.