Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası — Nəsiman Yaqublunun müəllifi olduğu və ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin həyatı, yaradıcılığı və əsərləri haqqında geniş məlumat toplandığı ensiklopediya.
Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası | |
---|---|
Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası | |
| |
Müəllif | Nəsiman Yaqublu |
Janr | Ensiklopediya |
Orijinalın dili | Azərbaycanca |
Ölkələr | Azərbaycan |
Orijinalın nəşr ili | 2013 |
Rəssam | Rəis Rəsulzadə |
Nəşriyyat | Bakı Kitab Klubu |
Cild | Bərk (qalın) |
Səhifə | 504 |
Tiraj | 500 |
ISBN | ISBN 978-9952-8202-2-5 |
18 may 2013 tarixində Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Fondu “M.Ə.Rəsulzadə Ensiklopediyası”nın təqdimatını keçirib.
“M.Ə.Rəsulzadə Ensiklopediyası”nın müəllifi və Məhəmməd Əmin Rəsulzadə Fondunun rəhbəri Nəsiman Yaqublu ensiklopediyanın bu günlərdə çapdan çıxdığını bildirib. O, əsərin 504 səhifə həcmində olduğunu söyləyib.
Müəllifin dediyinə görə ensiklopediya Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyətinin Azərbaycan, Türkiyə, Almaniya, Fransa, Polşa dövrləri daxil olmaqla, bütün dövləri tam şəkildə əhatə edir.
Ensiklopediya sosial şəkəbələrdə yerləşdirilə biləcək şəkildə hazırlanıb. Belə ki, orada 300-ə qədər sənədin özü və fotosu hazırlanıb, 200-ə qədər məktub, yazışmalar əksini tapıb.
Bundan əlavə, M.Ə.Rəsulzadənin rəhbərliyi ilə hazırlanan qəzet və jurnalların biblioqrafiyası tərtib edilib. Biblioqrafiyaya Məhəmməd Əmin Rəsulzadənin sağlığında nəşr etdirdiyi 1150 məqalə və 27 kitabın adı daxil edilib.
“Bu ensiklopediya M.Ə.Rəsulzadənin Azərbaycan dövlətinin qurulmasının ideoloq və baş memarı olmasının təsdiqidir və XX əsrdə ikinci belə şəxsiyyət olmayıb”, - deyə N.Yaqublu ensiklopediyanın nəşrinin mahiyyətinə toxunub.
Müəllif həm də ensiklopediyanı Azərbaycan Demokratik Respublikasının 95 illiyinə Fondun töhfəsi adlandırıb.
Ensiklopediya Azərbaycanın dövlət xadimi M.Ə. Rəsulzadənin həyat və fəaliyyətinə həsr edilib.
İlk dəfədir ki, M.Ə. Rəsulzadənin həm Azərbaycanda, həm də mühacirətdəki fəaliyyəti geniş araşdırılır. Bu ensiklopediyada M.Ə. Rəsulzadənin bütün yazılarının və əsərlərinin ümumi biblioqrafiyası da verilib.
Kitabda təqdim olunan çoxlu sayda fotolar, arxiv sənədləri və yeni məlumatlar M.Ə. Rəsulzadənin bir şəxsiyyət kimi böyüklüyünü bir daha təsdiqləyir.
Bu ensiklopediyadan elm adamları, siyasi xadimlər, diplomatlar və tədqiqatçılar faydalana bilər.
Ensiklopediya 2013-cü ildə Bakı Kitab Klubunda 504 səhifə, 500 nüsxə çap edilib.[1]