Məhəmməd Əmin Rəsulzadəni Yaşatma Fondu — 1955-ci ilin mart ayında Azərbaycan Kültür Dərnəyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin irsini yaşatmaq üçün Ankarada yaradılmış fond.[1]
Məhəmməd Əmin Rəsulzadəni Yaşatma Fondu | |
---|---|
Növü | Qeyri-hökumət təşkilatı |
Yaranma tarixi | mart 1955-ci il |
Mərkəzi | Ankara |
Məhəmməd Əmin Rəsulzadə dünyasını dəyişdikdən sonra 1955-ci ilin martında "Azərbaycan Kültür Dərnəyi"nin İdarə Heyəti onun məzarını düzəltdirmək, əsərlərini nəşr etdirmək və külliyyatını çıxarmaq üçün bir fond təsis edir. Fondun heyəti: Rəsul Ünsal, Kərim Odər, Həmid Atamandan ibarət idi. Bununla əlaqədar Ziraat Bankı Ankara Mərkəz Müdirliyi nəzdində "Məhəmməd Əmin Rəsulzadəni Yaşatma Fondu" adı ilə bir hesab açıldı.[1] Hesaba ilk maliyə yardımı edənlər: