Məhəmməd Hidəci

Məhəmməd Mövsüməli oğlu Hidəci (1853, Hidəc, Zəncan ostanı1928, Tehran) — Azərbaycan şairi.[1]

Məhəmməd Hidəci
Məhəmməd Mövsüməli oğlu Hidəci
Doğum tarixi 1853
Doğum yeri
Vəfat tarixi 1928
Vəfat yeri
Fəaliyyəti şair, filosof, pedaqoq
Vikimənbənin loqosu Məhəmməd Hidəci Vikimənbədə

Məhəmməd Hidəci 1853-cü ildə Zəncanın ostanının Tüdəc (indi Hidəc adında tanınır) kəndinda anadan olmuş, ilk təhsilini kənd məktəbində almışdır. 1879–1887-ci illərdə Qəzvində və Tehranda oxumuş, sonra müctəhid adını almaq üçün Nəcəf şəhərində təhsilini davam etdirmişdir. 1892-ci ildə təhsilini bitirib vətənə qayıdan Hidəci Tehrana köçmüş və ömrünün axırına kimi mədrəsədə müəllimlik etmişdir. Məhəmmad Hidəci 1928-ci ildə Tehranda vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Hidəci üç dildə — azərbaycanca, farscaərəbcə əsərlər yazmışdır. Onun "Külliyyatt-divani-Hidəci" kitabı Zəncan şəhərində, sonralar isə şeirlər külliyyatı Təbrizdə üç dəfə çap olunmuşdur.

  • Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. I cild. 1981
  1. Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]