Məhəmməd Qrey Karl Legenhavzen (ing. Gary Carl (Muhammad) Legenhausen); 1953[1], Nyu-York, Nyu-York ştatı) — Amerikalı məşhur filosof, epistemoloq.
Məhəmməd Legenhavzen | |
---|---|
Doğum tarixi | 1953[1] |
Doğum yeri | |
Elmi dərəcəsi | |
Təhsili |
Məhəmməd Legenhavzen fəlsəfi təhsili sürəsində Ekzistensializm və Pozitivizmdən təsirlənərək, ailəsinin Katolik inancından uzaqlaşır. 1979-cu ildə Ostin Texas Universitetində müsəlman tələbələrlə rastlaşır və onlarla tanış olur. Rays Universitetində Ph. D dərəcəsini almaq üçün müdafiə edir. 1983-cü ildə İslam dinini rəsmi din kimi qəbul edir. 1985-ci ildə İran İslam Respublikasına səfər edir. 1989-cu ildə Tehrandakı Hikmət və fəlsəfə Akademiyayasında Din fəlsəfəsi tədris etmək üçün dəvət alır, və dəvəti qəbul edərək İran İslam Respublikasına gəlir.