Məhəmməd Rəşid Riza (ərəb. محمد رشيد رضا; 18 oktyabr 1865[1][2] – 22 avqust 1935[1], Qahirə[3]) — misirli dini və ictimai xadim.
Məhəmməd Rəşid Riza | |
---|---|
ərəb. محمد رشيد رضا | |
Doğum tarixi | 18 oktyabr 1865[1][2] |
Vəfat tarixi | 22 avqust 1935[1] (69 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | ilahiyyatçı, müfəssir, filosof, jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Əsli Liviyadan olmuş Riza 1898-ci ildə Misirə gəlib Qahirədə tanınmış "Əl-Mənar" (Mayak) jurnalında çalışmışdır. Rəşid Rıza, Cəmaləddin Əfqanini və Məhəmməd Əbdunun fikirlərini inkişaf etdirmiş, Qərb müstəmləkəçiliyinə qarşı çıxmış, Xilafətin bərpa olunmasının tərəfdarı kimi tanınmışdır.
1340/1922-ci ildə Riza "Xilafət və ya böyük imamət" yazınını yayımlamışdır. Orada o, Xilafətin prinsiplərini açıqlamış, xəlifənin seçilməsi ideyasını irəli sürmüşdür. Rizaya görə xəlifə ölkəsini qorumalı, ölkədə şəriət qanunlarının işləməsini təmin etməlidir. Xilafətin krallığa çevrilməməsi üçün xəlifə özəl bir qurum qarşısında sorumlu olmalıdır. Ölkə başçısı şəriət qanunlarını pozarsa, bu qurum onu vəzifəsindən çıxara bilər. 1342/1924-cü ildə Türkiyədə respublikaçılar Osmanlı xilafətinə son qoyduqdan sonra M. R. Riza Xilafətin dirçəldilməsi istəklərinin reallaşmayacağını anlamışdır. Buna görə o, öz fikirlərinə dəyişikliklər etməli oldu. Xilafətin alternativi kimi "İslam ölkəsi" ideyasını səsləndirdi. Bu ideya müasir zamanımızda həyata keçmişdir. Pakistan, İran kimi ölkələrdə İslam dövlətləri yaranmışdır. Bundan başqa bu ideyalar müxtəlif müsəlman icmaları tərəfindən çox bəyənilmişdir. M. R. Riza bir çox kitabların müəllifi olmuşdur. O, təfsirə aid bir kitab yazmışdır. Onun əsərlərinin çoxu məqalələr kimi "Əl-Mənar" jurnalında çap olunmuşdur.