Məhərrəm Əli oğlu Məmmədyarov (17 oktyabr 1924, Yaycı, Naxçıvan MSSR – 2 yanvar 2022, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2001), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2009).[1]
Məhərrəm Məmmədyarov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Yaycı, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR |
Vəfat tarixi | (97 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşağı | Elmar Məmmədyarov |
Elm sahəsi | neft kimyası |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adları | akademik, AMEA-nın həqiqi üzvü |
İş yeri | Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları |
|
Məhərrəm Məmmədyarov 17 oktyabr 1924-cü ildə Naxçıvan MSSR Yaycı kəndində (indiki Culfa rayonunda) anadan olmuşdur[2]. 1941-ci ildə Naxçıvan Pedagoji Texnikumu bitirmişdir. 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində iştrak etmişdir, 12 medal və ordenlərlə mükafatlanmışdır. 1949-cu ildə Azərbaycan Dövlət Universitetini, 1953-cü ildə isə Leninqrad Texniki Universitetinin aspiranturasını bitirmişdi. 1953–1955-ci illərdə Azərbaycan SSR Azərbaycan Milli Elmlər Akademiyası Kimya İnstitutunda elmi katib, 1955–1959-cu illərdə SSRİ EA Nikolay Zelinski adına Üzvi Kimya İnstitutunda baş elmi işçi, 1959–1969-cu illərdə Neft-Kimya Prosesləri İnstitutunda işləmişdir. 1973–1979-cu illərdə isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan regional elmi mərkəzinin rəhbəri idi. 1980-ci ildə Naxçıvan termal məmbələrinin karbon qazının sənayədə istifadə texnologiyasının işlənib hazırladığına görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. 1975–1978-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti) dərs demişdir. 1981-ci ildən 1994-cü ilə qədər şöbə müdiri, 1994-cü ildən 2002-ci ilə qədər isə Azərbaycan EA Mikrobiologiya İnstitutunun direktoru işləmişdir. 1969-cu ildən Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləmişdir.[3][4]
Məhəmməd Məmmədyarov 2 yanvar 2022-ci ildə 97 yaşında vəfat etmişdir.[5] İkinci Fəxri Xiyabanda dəfn olunub.
Atası Əli Məmmədyarov, anası isə Cəvahir xanım Kəlbalıxanovadır. Fuad İbrahimbəyovun qızı İzida xanım İbrahimbəyova ilə evlidir. Ayaz Məmmədyarov və Elmar Məmmədyarovun atasıdır.
Tədqiqat apadığı üzvi kimya, neft kimyası, neft kimyavi biotexnologiyalar sahələri alimin fəaliyyətində xüsusi yer tutur. Vinilxloridin toplu miqyasda qaynar katolizatorun layında etilenin xlorlaşdırılması üsulu ilə alınması onun rəhbərliyi altında həyata keçirilmişdir. Həmçinin hərbi spesifikasiyasının tələblərinə uyğun – neft karbohidrogenlərin mikrobioloji çevrilmələri – sintetik efir yağlarının yeni növlərinin sintezi həyata keçirilmişdi. Bundan əlavə, nefti oksidləşdirən mikroorganizmlərin fizioloji fəaliyyətinin istifadəsi əsasında layların hasilatının artırılması üçun biotexnologiya işlənib hazırlanmışdı. Bu üsul Abşeronun bir sıra neft yatağlarında tətbiq edilmişdir.
Məmməd Məmmədyarov müxtəlif illərdə keçirilən konfrans, simpozium və qurultaylarda elmi məruzələrlə beynəlxalq, ümumittifaq və respublika səviyyəli konfranslarda çıxış edərək, ümumi və tətbiqi kimya, neft kimyası, kataliz, polimerlər, epoksid birləşmələri, ümumi biotexnologiya, kimya və neftkimya biotexnologiyasına aid məlumatlar vermişdir.
Məmmədyarov elmi-tədqiqat işləri ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə bir sıra xarici ölkələrdə (Rusiya, Misir, Çexoslovakiya, Rumıniya, Meksika, Türkiyə, Fransa) elmi ezamiyyətdə olmuşdur.
Alimin elmi tədqiqatlarının nəticələri 5 monoqrafiya, 39 patent və müəlliflik şəhadətnəmələri, 500-ə qədər elmi məqalə və 60-dan artıq ixtirada öz əksini tapmışdır. M.Məmmədyarov 6 elmlər doktoru və 21 elmlər namizədi yetişdirmişdir.
Akademik M.Məmmədyarovun yaradıcılığında elmi-təşkilatçılıq fəaliyyəti əhəmiyyətli yer tutur.