Məhməd Şükrü Paşa

Mehmet Şükrü Paşa (türk. Mehmed Şükrü Paşa; 1857 və ya 1856, Ərzurum1916, Konstantinopol) — Osmanlı generalı. Balkan müharibələrində Bolqarıstanın mühasirəyə aldığı Ədirnəni çətin şərtlər altında 155 gün müdafiə etdi. Bu hadisə tarixdə "Ədirnə müdafiəsi" kimi də tanınır. Ədirnədə xatirəsinə həsr edilmiş abidə var. Bu abidə Balkan müharibələri muzeyində də mövcuddur. Abidə 1998-ci il iyulun 27-də açılmışdır. Abidə və muzeyi ziyarət etmək sərbəstdir.[1]

Mehmet Şükrü Paşa
türk. Mehmet Şükrü Paşa
Mehmet Şükrü Paşa
Mehmet Şükrü Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1857 və ya 1856
Doğum yeri
Vəfat tarixi 1916
Vəfat yeri
Dəfn yeri
  • Əfəndi qəbiristanlığı[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Türk
Xidmət illəri 1878-1914
Rütbəsi General
Döyüşlər Osmanlı-Yunan müharibəsi (1897), Birinci Balkan müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1857-ci ildə Ərzurumda anadan olmüşdür. Ailənin yeganə övladı idi.[2] İlk hərbi təhsilini Ərzincan Hərbi Məktəbində almış, daha sonra isə İstanbul Sütlücə Artilleriya Məktəbində davam etdirmişdir. 1879-cu ildə bu məktəbi bitirmişdir.[2] Təhsil aldığı müddətdə riyaziyyat fənnindən müvəffəqiyyəti ilə fərqlənirdi. Bu səbəbdən daha da təkmilləşdirmək üçün Almaniyaya göndərildi. Potsdam Qarnizonında dörd ildən çox müddətdir təhsil almışdır. 1880-ci ildə o, yüksək vəzifəli zabitə rütbəsinə yüksəldi və 1883-cü ildə baş kapitan təyin edildi.

İstanbula geri döndükdən sonra bir sıra təşkilatlarda və məktəblərdə hərbi təlimlər keçməyə başladı. Daha sonra isə 1887-ci ildə mayor rütbəsinə yüksəldi. Zəfər Rabiya xanım ilə ailə həyatı qurdu; bu nikahdan 9 övladı dünyaya gəldi, onlardan yalnız dördü həyatda qaldı. Yeddi nəvəsi vardı.

Alman, ingilis və fransız dillərində sərbəst danışa bilən Mehmet Şükrü Paşa hərbi fəaliyyətləri ilə yanaşı riyaziyyat fənnini də tədris edirdi. Məşhur riyaziyyatçı Saleh Zəki onun tələbələrindən biri olmuşdur.

1888-ci ildə əyalət valisi olmuş, 1889-cı ildə isə polkovnik, 1893-cü ildə 36 yaşı olarkən isə general-mayor rütbəsinə yüksəlmişdir. Ədirnədə general-mayor rütbəsindən general rütbəsinədək yüksəldi. 1905-ci ildə Salonikiyə göndərildi. Bu dövrdə hərbi həyatında həddindən artıq nizam-intizam nümayiş etdirdiyi üçün "Dəli Şükrü Paşa" kimi tanındı.

Ədirnənin müdafiəsi

[redaktə | mənbəni redaktə et]
Balkan müharibəsində Mehmet Şükrü Paşa və Osmanlı əsgərləri

24 sentyabr 1912-ci ildə Osmanlı dövlətinin Sofiyadakı səfirliyi İstanbula göndərdiyi bir teleqrafla xəbərdarlıq edərək təhlükənin yaxınlaşdığını bildirmişdir: "Bolqarıstanın ilk məqsədi Osmanlı imperiyasının zəif Kırklareli bölgəsidir. Ədirnəyə hücum etməyi planlaşdırırlar. Ədirnə istehkam mövqeyi möhkəmləndirilməli və xidmət müddəti bitən əsgərlər tərxis edilməməlidir".

Ədirnə komandirliyinə gətirilən Mehmet Şükrü Paşa şəhər mühasirəyə alınmazdan bir həftə əvvəl şəhərə çata bildi. Şükrü Paşaya mühasirə zamanı şəhəri 50 gün müdafiə etmək tapşırıldı. Bu müddət ərzində bolqar ordusunun geri çəkiləcəyi, əks halda, İstanbuldan kömək göndəriləcəyi bildirilmişdi. Lakin Mehmet Şükrü Paşa silahdaşları Kazım Qarabəkir, Rəmzi və Fuad Bəylə birlikdə İstanbuldan dəstək almamasına baxmayaraq 5 ay 5 gün Bolqarıstan və Serb ordusunun hücumlarını müdafiə etdi. Bu tarixi hadisə idi.

  1. "Arxivlənmiş surət". 2016-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.
  2. 1 2 Edirne Müdafii Mehmet Şükrü Paşa, Akintarih.com sitesi, Erişim tarihi:09.04.2011[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]