Məkkənin fəthi (ərəbcə: فتح مكة) — 11 yanvar 630-cu ildə müsəlmanların, Qüreyşlilərin əlindən Məkkəni ələ keçirməsi hadisəsidir.
Məkkənin Fəthi | |||
---|---|---|---|
Tarix | 11 yanvar 630 | ||
Yeri | Məkkə, Ərəbistan | ||
Nəticəsi | Müsəlmanların qətiyyətli qələbəsi, Məkkənin alınması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Bir müddət əvvəl müsəlmanlar və Məkkə paqanları ("müşriklər") arasında Hudeybiye Anlaşması imzalanmışdı. Məkkə Qureyşin müttəfiqi olan Bani Bəkir qəbiləsi, bu müqavilənin əksinə olaraq, müsəlmanların himayəsində olan Bani Huzaa qəbiləsinə hücum etdi. Məhəmməd, Məkkəyə öldürülənlərin qan qiymətinin ödənilməsi və ya Bəni Bəkir qəbiləsi ilə ittifaqa son qoyulması lazım olduğunu, əks təqdirdə Hudeybiya müqaviləsinin pozulduğunu və döyüşməyə məcbur olacağını xəbər verdi. Məkkə əhalisi təklifləri rədd edərək müharibəyə hazırlaşacaqlarını elan etdilər.Məkkə müşrikləri sonradan fikirlərini dəyişdirərək Əbu Süfyanı müsəlmanları bir barışığa inandırmaq üçün Mədinəyə göndərdilər. Ancaq danışıqlardan heç bir nəticə alınmadı.
Məhəmməd hicrətin 8-ci ilində, 13-cü Ramazan ayında 10 min nəfərlik bir ordu ilə Mədinədən ayrıldı. Məhəmməd ordusunu 4 qola böldü və ordusuna belə bir əmr verdi: "Sizə qarşı çıxmayınca, sizə hücum edilməyəcək, heç kimlə döyüşməyəcəksiniz, kimsəni öldürməyəcəksiniz." Məhəmməd hərəkət etməyi əmr etdi və Fəth surəsini oxuyaraq Məkkəyə daxil oldu. 3 qol heç bir müqavimətlə qarşılaşmadığı halda Xalid bin Vəlidin rəhbərliyindəki 4 qol İkrima bin Əbu Cəhilin rəhbərliyindəki kiçik bir hücumu dəf etdi. Əfv elan olunduğunu və Əbu Süfyana bildirdiyinə görə heç kimə toxunulmayacağını bildirdi. Sonra 360 büt olan Kəbəyə tərəf yönəldi. İsra surəsinin 81-ci ayəsini oxuyaraq bütləri bir-bir yıxdı. Daha sonra özü ilə birlikdə müsəlmanlarla birlikdə Kəbəni təvaf etdi.
Fəthdən dərhal sonra Məhəmməd Kəbədəki ilk xütbəsini verdi. Məkkə əhlinin şübhələrini aradan qaldırmaq üçün xütbəsinə bu sözləri də əlavə etdi: "Mənim halım sizin halınız,Yusifin qardaşlarına dediyi kimi olacaq. Yusif qardaşlarına dediyi kimi mən də deyirəm: 'Bu gün sizə heçbir qınaq və ayıblama yoxdur. Allah hamınızı bağışlasın, Allah mərhəmət göstərənlərin ən mərhəmətlisidir, siz indi azadsınız. (Yusuf surəsi, 92-ci ayə)
MEKKE - Nebi Bozkurt - Mustafa Sabri Küçükaşcı
Muhammad: Islam’s First Great General, by Richard A. Gabriel, p176.
İbn-i, Hişam (1971). es-Siretun Nebeviyye (Sîre). Beyrut. c. 4 s.32.
SURUÇ, Salih (2005). Peygamberimizin Hayatı. İstanbul: Nesil Yayınları. ISBN 975-408-019-4 c. 2 s.470.
SURUÇ, Salih. a.g.e. c. 2 s.469,470,471.
1 OCAK 630 MEKKE'NİN FETHİ
Sahih-i Buhari, Mekke'nin Fethi Gazası URL erişim tarihi:04 Ağustos 2008
Hamidullah, Muhammad. a.g.e. Yenişafak. s. 88.