İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Təvaf (Ərəbcə: طواف) — Həcc və ya ümrə vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq.
Ümrə, həcc və habelə "Nisa" təvafları zamanı Kəbənin ətrafında yeddi dəfə dolanmaq ("şut") vacibdir.
Təvaf, qəsdi-qürbət niyyəti ilə yerinə yetirilməlidir.
Təvaf, Həcərül-əsvədin qarşısından başlamalı və Kəbə təvaf edən şəxsin sol tərəfində olmalıdır.
Həcərül-əsvədə çatdıqda bir "şut" sayılır və bu iş yeddi dəfə təkrar edilməli və yeddi dövrədən sonra bir "təvaf" əməli sona çatır.
Vacib təvafda təharətli olmaq, onun qəbul olması üçün vacib şərt, müstəhəb təvafda isə fəzilət şərti sayılır.
Təvaf edən şəxs Kəbədən fasilədə olmamalıdır. Amma cəmiyyət izdihamı halında ondan uzaqlaşmağa məcbur olduqda, imkan olduqca Kəbədən fasiləsiz halda təvaf etmək lazımdır.
Vacib təvaf dövrələri bir-birinin ardınca və ardıcıl şəkildə olmalıdır.
Amma bir şəxs müəyyən bir üzrlü səbəb üzündən təvaf əsnasında dördüncü dövrədən sonra ondan xaric olarsa, sonradan kəsdiyi yerdən (beşinci dövrədən) təvafa başlayıb onu sona çatdıra bilər.
Dördüncü dövrədən qabaq təvafı saxladıqda isə, onun təvafı batil sayılır. Lakin dördüncü dövrədən qabaq və yaxud sonra namaz fəzilətinə nail olmaq üçün təvafı saxlayarsa, onun təvafı düzgün sayılır və sonra saxladığı hər hansı bir yerdən onu davam etdirə bilər.
Müstəhəb olan təvafı onun hər bir dövrəsində saxlayıb sonradan davam etdirmək olar.
Vacib olan təvafı azacıq istirahət etmək kimi qısa müdətli hallarda saxlamaq, onun ardıcıl olmasına heç bir ziyan vurmur və bunun heç bir eybi yoxdur.
Təvaf edərkən "Hicri-İsmayıl"ın ətrafında da, dolanmaq lazımdır.
Belə ki, təvaf edərkən "Hicri-İsmayıl" məkanı təvaf yerinin daxilində olmalıdır.
"Hicri-İsmayıl"ın ətrafında təvaf etməyib, onun içərisinə daxil olduqda, təvaf kəsilir və o yerdən qayıdaraq yenidən təvafı davam etdirmək lazımdır.
Məscidül-həramın yuxarı mərtəbələrində [Kəbə ətrafına] təvaf etmək kifayət edici sayılmır.
Təvaf edən şəxs səhvən təvaf dövrələrini az əncam verdikdə, əncam vermədiyi dövrə bir ya iki yaxud da üç dövrə olarsa, dərhal onları yerinə yetirməlidir.
Lakin onların sayı üçdən çox olub və əncam verdiyi dövrələr ilə yaddan çıxardığı dövrələr arasında çox fasilə düşdükdə onun təvafı batil sayılır və təvaf əməlini yenidən yerinə yetirməlidir.
Əgər onlar arasında fasilə çox olmasa, dərhal yaddan çıxardığı dövrələri əncam verməlidir. Bir dövrəni kamil şəkildə əncam vermədikdə də, vəzifəsi bu cürdür.
Təvaf edən şəxs, səhvən yeddi dövrədən sonra təvaf niyyəti ilə təvafı davam etdirib, "İraqi" rüknə çatmazdan qabaq bunu xatırlayarsa, təvafı dayandırmalıdır və onun təvafı düzgün sayılır.
Lakin "İraqi" rükndən ötdükdən sonra bunu xatırlasa, təvafını davam etdirərək bir daha yeddi dövrədən ibarət kamil bir təvafı əncam verməli və daha sonra iki rəkət təvaf namazını qılmalıdır.
Vaxtından sonra təvafın düzgün olub-olmaması barədə edilən şəkkə əhəmiyyət verilməməlidir.
Vaxtı sona çatmazdan qabaq şəkk etdikdə isə, onu düzgün şəkildə əncam vermək lazımdır.
Təvaf əməli [yeddi dövrə] sona çatdıqdan sonra təvafın şərtlərinə riayət edib-etməməsi barədə şəkk edən şəxs öz şəkkinə əhəmiyyət verməməlidir.
Vacib təvafı əncam verərkən – hər bir dövrədə — onun sayı barədə qarşıya çıxan şəkk, təvafın batil olmasına səbəb olur.
Belə olan halda təvafı saxlayaraq, onu yenidən başlamaq lazımdır.
Vacib təvafın yeddinci dövrəsindən sonra, axırıncı dövrənin yeddinci və ya səkkizinci dövrə olmasında şəkk etdikdə, ona əhəmiyyət verilməməli və bu təvaf düzgün sayılır.
Təvaf edərkən onun dövrəsinin altıncı və ya yeddinci dövrə olduğu barədə şəkk edildikdə, təvaf batil sayılır.
Müstəhəb təvafı əncam verərkən onun sayında şəkk etdikdə, sayın çoxunu qəbul etməli və bununla da, təvaf düzgün sayılır.
Təvaf sona çatdıqdan sonra "İbrahim məqamı" arxasında iki rəkət təvaf namazı qılmaq vacibdir.