Məkrli: 2-ci fəsil (ing. Insidious: Chapter 2) — ABŞ istehsalı olan və rejissor Ceyms Van tərəfindən 2013-cü ildə çəkilmiş qorxu filmidir. Bu film Vanın 2011-ci ildə çəkmiş olduğu "Məkrli" filminin davamıdır.
Məkrli: 2-ci fəsil | |
---|---|
ing. Insidious: Chapter 2 | |
Janr | qorxu filmi[1][2][…], triller filmi, LGBT mövzulu film[d] |
Əsas mövzu | Paranormal hadisələrlə dolu ev, fövqəltəbiilik |
Rejissor | |
Prodüser |
|
Baş rollarda | |
Operator |
|
İstehsalçı | Blumhouse Productions[d] |
Distribütor | FilmDistrict[d], InterCom[d][6], Netflix |
İlk baxış tarixi | 13 sentyabr 2013[7], 17 oktyabr 2013[8], 10 oktyabr 2013[6] |
Müddət | 105 dəq. |
Ölkələr | |
Dillər | İndoneziya dili, ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Los-Anceles |
IMDb | ID2226417 |
Əvvəlcə Məkrli: 2-ci fəsil filminin nümayişinin 30 avqust 2013-cü ildə olunacağı nəzərdə tutulsada,[9] sonradan 20 sentyabr tarixinə dəyişdirildi.[10] Daha sonradan isə yenidən nümayiş tarixi dəyişdirilərək 13 sentyabr 2013-cü ilə təyin edildi.[11]
Şimali Amerikada 32-35 milyon dollar gəlir əldə film təkcə nümayiş olunduğu gecə 1.5 milyon dollar qazanıb,[12][13][14] bütün sentyabr ayında isə bu rəqəm 20 milyon dollara çatıb.[14][15] Ümumilikdə isə film dünya üzrə 161,919,318 dollar gəlir əldə edib.[16]
Filmin davamı olan Məkrli: 3-cü fəsil filminin 5 iyun 2015-ci ildə nümayiş olunacağı gözlənilir.
Məkrli: 2-ci fəsil filminin DVD diski 24 dekabr 2013-cü ildə satışa çıxarıldı.