Məktəb forması

Yapon məktəb forması

Məktəb forması - məktəbdə və ya digər təhsil müəssisəsində tələbələr tərəfindən geyilən uniforma. Məktəb geyimlərinin məqsədi şagirdlər arasında bərabərliyi təmin etməkdir və müxtəlif ölkələrdə ibtidai və orta məktəblərdə geniş yayılmışdır.

Ümumiyyətlə kişi tələbə forması uzun şalvar, köynək, qalstukgödəkçə, qadın tələbə forması isə ətəklərdən, uzun və ya diz üstü corablardan, qalstuk, köynək və sviterlərdən ibarətdir. İngiltərə, Türkiyə və ya Azərbaycan kimi ölkələrdə təhsil pulsuz olsa da, məktəbli formaları ödənişli ola bilərlər.