Məlahət Əhmədova (13 aprel 1972) — Azərbaycan aktrisası.
Məlahət Əhmədova | |
---|---|
Doğum tarixi | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Məlahət Əhmədova 13 aprel 1972-ci ildə anadan olmuşdur. 1989-cu ildə Sumqayıt şəhər 4 saylı orta məktəbi bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinə qəbul olunub , ustad Nəsir Sadıqzadənin yaradıcılıq emalatxanasında "Dram teatrı və kino aktyoru" ixtisası üzrə təhsil alıb.1997-ci ildə universiteti bitirib elə həmin ildən dövlət təyinatı üzrə Şuşa Dövlət Musiqili Dram Teatrına aktrisa kimi işə qəbul olub.Paralel olaraq bir müddət Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyevin rəhbərliyi altında tamaşalarda rollar ifa edib.Teatrda çalışdığı illərdə bu kimi rollar oynayıb: 1. B.Appayev "Gözəllri necə qaçırırlar" -- Sveta 2. S.Bekket "Addım səsləri" -- Mey 3. F.Mustafa "Ağıllı adam" -- Həkim 4. M.F.Axundov "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah caduküni-məşhur" -- Şərəfnisə 5. N.Hikmət "Bayramın birinci günü" -- Aytən 6. C.Cabbarlı "Aydın" --Böyükxanım 7. Ə.Haqverdiyev "Millət dostları" -- Qadın 8. Elçin "Şuşa dağlarını duman bürüyüb" -- Aparıcı 9. Ə.Haqverdiyev "Dağılan tifaq" -- Peri xanım 10. C.Məmmədquluzadə "Kamança" -- Ana 11. B.Vahabzadə "Yağışdan sonra" -- Nihal 12. A.Məmmədov "Dəli Domrul" 13. Nağıl-tamaşa "Keçəlin nağılı" 14. Nağıl-tamaşa "Göyçək Fatma"
Rejissor Rövşən İsaxın "Aktrisa" bədii filmində,"Sonuncu fəsil","Vicdan haqqı" seriallarında, Elşən Zeynallının "İsmayıl bəy Qutqaşınlı","Saz haqqı","Əziz Əliyev olduğu kimi","Ahıska türkləri","Bir ömrün salnaməsi", Cahangir Mehdiyevin "Qüdsi", Oqtay Əlizadənin "Qəm karvanı",Vasif Məmmədzadənin "Mən Hesyn Arifəm","Söz körpüsü Həmid Araslı" bədii-sənədli filmlərində çəkilmişdir. Eyni zamanda 2000-2001-ci illərdə Lider TV-da efirə çıxan "Vur,çatlasın!" adlı yumoristik bədii tv layihəsində bir çox rolların ifaçısı olub.(xüsusi yazılmış ssenarilər üzrə rollar oynamışdır) Sonra "Pozitiv Media" MMC-de produsor vəzifəsində çalışmışdır. 2004-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində 2-ci rejissor vəzifəsində çalışır.
Vicdan haqqı serial 2016 Soyuq günəş bədii film 2020 Ahısxa türkləri 2008 Saz haqqı 2006 Əziz Əliyev olduğu kimi 2007 Bir ömrün salnaməsi 2009