Məlik Əşrəf

Məlik Əşrəf Əmir Dəmirdaş oğlu Sulduz -(1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi

Məlik Əşrəf
Şəxsi məlumatlar
Doğum tarixi 1344
Doğum yeri
Vəfat tarixi 1357
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, son nəticədə feodal ara müharibələrində qalib gəlir və Süleyman xanı ölkədən qaçmağa məcbur edir. Məlik Əşrəf 1344-cü ilin II rübündə Elxanlı şahzadəsi Ənuşirəvanı taxta çıxarıb ona Adil ləqəbi verir və Elxanlılar dövlətini 1355-ci ilə qədər onun adından idarə edir.Lakin o da qardaşı Şeyx Həsən (Kiçik) Sulduz kimi müstəqil Çobanlılar dövləti təsis edə bilmir.

Hafiz Əbru dəfələrlə Məlik Əşrəfdən bəhs etmişdir. Müəllif yazır ki, Məlik Əşrəf h. 749 (1348)-ci ildə Azərbaycan Qarabağında idi. Böyük əmir olan Əmir Ciday Tiflisdən Azərbaycan Qarabağına Məlik Əşrəfin yanına gəldi.[1]

Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu.

Məlik Əşrəf rəqibləri Əmir Surğan Sulduz və Yağı Baqdı Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə aldı.

Çobanlıların hakimiyyəti dövründə (1338-1357) Elxanilərin dövlət quruluşunda heç bir dəyişiklik baş vermədi. Əvvəllər olduğu kimi, dövlətə Hülakülər nəslindən olan padşahlar bişçılıq edirdi. Şeyx Həsən və qardaşı Məlik Əşrəf növbə ilə Satibəy xatunu, Süleyman xanı, Ənuşirəvan –Adili Elxani taxtına oturtmuş, onların adına pul zərb etdirmişdilər. Çobani feodallarının özbaşınalığının həddi-hüdudu yox idi.

Əmir Teymur Cənubi Qafqaza hücumu ərəfəsində Şirvanşahlar dövləti də ağır vəziyyətdə idi. Belə ki, Şirvanşahlar dövlətinin ərazilərini zəbt etmək istəyən Məlik Əşrəf 1345-1350-ci ilərdə dəfələrlə fitnəkarlığa əl atmışdı. Lakin Şirvanşahlar Arran və Qarabağ feodallarının, habelə Qızıl Orda qüvvələrinin yardımı ilə Çobanilərin hücümlarını dəf edə bilirdilər. Lakin 1348-ci ilin sonlarında Mlik Əşrəfin Qarabağdan Şirvana etdiyi yürüş gözlənilməz olduğu, Şirvanşah Kavus və atası Keyqubad müdafiəni təşkil edə bilmədikləri üçün Gülüstan qalasına çəkilməli olurlar. Çobani qoşunu ölkəni qarət edib dağıtsa da, burada möhkəmlənə bilməyib geri çəkilməli olur.

Yaranmış şəraitdə Məlik Əşrəfin zülmündən cana doymuş sənətkarlar, kiçik feodal və ruhanilər Şirvanşahlar dövlətinə gəlirdilər. Belə qaçqınlardan biri də Qazi Məhiyyəddin Bərdən idi. O, Şirvanşah Kavusla razılığa gəldikdən sonra Qızıl Orda dövlətinə gedərək Cani bəylə görüşür və Azərbaycandakı vəziyyəti ona bildirir. 1357-ci ildə Cani bəy 100 minlik hərbi qüvvə ilə Təbrizə yaxınlaşır və Məlik Əşrəfin 17-18 minlik hərbi qüvvəsini pərən-pərən salır. Məlik Əşrəf xəzinəsini və ailə üzvlərini Mərəndə göndərərək Təbrizin müdafiəsini təşkil etmək istəyirsə də, müvəffəq olmur. Qoşun hissələri, bütün yaxın adamları, hətta anası da onu tərk edir.

Məlik Əşrəf Təbrizdən Xoy şəhərinə gedərkən Şeyx Məhəmməd Balıqçının evində gecələyir. Şeyx Məlik Əşrəfi tanıyır və onu Canı bəyə təslim edir. Məlik Əşrəf Şirvanşah Kavusun təkidi ilə Təbrizdə edam edilir və bununla da Elxanilər dövlətinin varlığına son qoyulur.

Məlik Əşrəf Cuci xanı Canıbəy tərəfindən təqib olunarkən Naxçıvana gələrək xəzinəsini Əlincə qalasında mühafizə etməyə başladı. Lakin 1356-cı ildə ələ keçdi və Təbrizdə edam edildi.

Canı bəy Təbrizi tərk etdikdən az sonra Azərbaycan Cəlairlərin istilasına məruz qaldı. Qeyd edildiyi kimi, Cəlairilər dövlətinin əsasını Şeyx Həsən İlkani (Cəlairi) qoymuşdu. Cəlayırlar dövləti 1340-1411-ci illər arasında mövcud olmuşdur.

Məlik Əşrəfin Dəmirdaş adlı oğlu vardı.

  1. Hafiz Əbru, "Zeyl-i Cami əttəvarix-i Rəşidi", s. 227.