Məmmədəli Abbasov (snayper)

Məmmədəli İsmət oğlu Abbasov[3] (rus. Абасов Мамедали Исматович; 1920, Bərdəən geci 1990) — Böyük Vətən müharibəsi iştirakçısı, "Qızıl Ordu"nun serjantı, snayper. İkinci Dünya müharibəsi zamanı düşmənin bəzi mənbələrə görə 187[4][5], hərbi sənədlərə görə isə 199[6][7] əsgər və zabitini məhv edib. O, Böyük Vətən müharibəsinin ən məhsuldar sovet snayperləri yüzlüyünə daxil olub.[3][8]

Məmmədəli Abbasov
Məmmədəli İsmət oğlu Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bərdə, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi ən geci 1990
Vətəndaşlığı SSRİ SSRİ
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü dəniz piyadası
Xidmət illəri 19401945
Rütbəsi Serjant
Döyüşlər Böyük Vətən müharibəsi (Leninqrad ətrafı döyüşlər,[1][2] Petsamo-Kirkenes əməliyyatı)
İstefada aqronom
Təltifləri "Qırmızı bayraq" ordeni "Qırmızı ulduz" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məmmədəli Abbasov 1920-ci ildə Bərdədə kəndli ailəsində anadan olub.[9][3] Milliyətcə azərbaycanlıdır.[10] Müharibədən əvvəl Bərdə rayonunun Lənbəran kəndində müəllim işləyib.[11] 1940-cı ildə Qızıl Ordunun sıralarına qoşulub. Burada o, snayper ixtisası üzrə hazırlıq keçib. Onun snayper olmasında boyunun balaca olması da müəyyən rol oynayıb.[12] Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərin iştirakçısı olub. 1942-ci ilin oktyabrından serjant rütbəsində Şimal donanmasının dəniz piyadalarının 63-cü Qırmızı Bayraqlı briqadasının 2-ci əlahiddə atıcı batalyonunun tərkibində vuruşub (Şimal müdafiə rayonu).[3] 1942-ci ilin 10 oktyabr-20 noyabr tarixləri arasında Məmmədəli Abbasovun hesabında artıq düşmənin məhv edilmiş 63 əsgər və zabiti var idi.[3] 1942-ci il noyabrın 30-da Abbasov döyüşdə yaralanıb və hospitala təxliyə edilib.[3] 1943-cü il fevral ayının 23-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Qırmızı Bayraq" ordeni ilə təltif olunmuşdur.[13]

Abbasov hospitalda müalicə aldıqdan sonra dəniz qüvvələrinin 63-cü briqadasına qayıdıb. 1943-cü ilin sentyabrına qədər Abbasovun hesabında düşmənin məhv edilmiş 146 əsgər və zabiti var idi.[3] Bundan əlavə, o, qeyd olunan vaxta qədər 25 savadlı snayper hazırlamışdı.[3] Düşməni mərdliklə məhv etdiyinə, döyüşlərdə cəsarət və igidlik göstərdiyinə və döyüşçülərə bacarıqla snayper işi təlimi keçməsinə görə, 13 sentyabr 1943-cü ildə, 05 saylı əmrlə, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur.[14]

1943-cü ilin sonunda Məmmədəli Abbasovun hesabında artıq düşmənin məhv edilmiş 187 əsgər və zabiti var idi. Abbasov 1944-cü ilin fevralınadək istirahətdə olmuş, sonra isə yenidən ön cəbhəyə göndərilmişdir. 1944-cü ilin mayında o, artıq şimal dəniz donanmasının ən yaxşı dörd snayperindən biri sayılırdı.[15] 1944-cü ildə Leninqrad ətrafı döyüşlərdə iştirak edib. 1944-cü ilin oktyabrında Peçenqa vilayətinin və şəhərinin azad olunmasında iştirak edib. Petsamo-Kirkenes əməliyyatında iştirak etdiyinə görə "II dərəcəli Vətən Müharibəsi" ordeni ilə təltif olunub.[7][16]

Abbasov 1944-cü ilin dekabrın 20-dən 1945-ci ilin may ayınadək dəniz piyadalarının 63-cü Kirkenes Qırmızı Bayraqlı briqadasının çavuş məktəbində kursant vəzifəsində olub.[7]

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

Müharibə qurtarandan sonra starşina Məmmədəli Abbasov evinə qayıdıb. O, yenidən oxumağa başlayıb və institutu bitirərək aqronom ixtisasına yiyələnib.[16] Partiyanın Bərdə rayon komitəsinin birinci katibi A. Kərimov deyirdi:

Məmmədəli Abbasov rayonumuzun fəxri idi. O, partiya onu hara göndərməsindən asılı olmayaraq, həmişə partiya prinsipiallığı, möhkəm iradə, mərdlik və cəsarət göstərirdi. Döyüşdəki kimi! O, ömrünün son gününə qədər partiyanın raykom bürosunun üzvü olub.[16]

1985-ci ildə "I dərəcəli Vətən Müharibəsi" ordeni ilə təltif olunub.[17] 1990-cı ildə Literaturnıy Azerbaydjan jurnalında bildirilmişdir ki, Məmmədəli Abbasov "bu yaxınlarda" bizləri tərk etdi.[16]

Sankt-Peterburqdakı Mərkəzi hərbi-dəniz muzeyinin altıncı salonunda üzərində: "Dəniz piyadalarının 63-cü Qırmızı Bayraq ordenli briqadasının məşhur snayperlər qrupu: yefreytor P. P. Çernomaz, baş serjant İ. A. Vakser, serjantlar M.İ. Abbasov və V. S. Bednyaqin. Rıbaçi yarımadası, 6 aprel 1943-cü il. Şimanskinin fotosu." yazılmış şəkil saxlanılır.[18]

  1. Qaraş Mədətov. Azərbaycan Böyük Vətən müharibəsində. Bakı. 1975. 177.
  2. Azərbaycan tarixi. . III. Bakı: Azərbaycan SSR elmlər Akademiyasının nəşriyyatı. 1963. 123.
  3. 1 2 3 4 5 6 7 8 "Абасов Мамедали Исматович". Soviet-aces-1936-53.ru. 7 iyun 2018 tarixində arxivləşdirilib.
  4. İvan Ponamaryov. Подвиг североморцев: Хроника воен. лет. События. Люди. Murmansk: Murmansk kitab nəşriyyatı. 1970. 114.
  5. Nikolay Rumyançev. Sovet Ordusunun Zapolyaryedə qələbəsi: onuncu zərbə (1944-cü il). Moskva: SSRİ müdafiə Nazirliyinin hərbi nəşriyyatı. 1955. 40.
  6. "Наградной лист о присвоении Абасову ордена Красной Звезды". podvignaroda.ru. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
  7. 1 2 3 "Наградной лист о присвоении Абасову ордена Отечественной войны II степени". podvignaroda.ru. 2010-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
  8. "Самые результативные снайперы". Topwar.ru. 7 iyun 2018 tarixində arxivləşdirilib.
  9. Bərdə və bərdəlilər, 2010. səh. 279
  10. "Представление на награждение". Podvignaroda.ru. 2012-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-10.
  11. Babayev, 1990. səh. 67
  12. Babayev, 1990. səh. 70
  13. "Указ Президиума Верховного Совета". Podvignaroda.ru. 2012-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-10.
  14. "Абасов Мамед-али (Мамедали) Исматович 1920г.р." Podvignaroda.ru. 2012-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-10.
  15. Они истребили 526 немцев. (qəzet). № 114 (14). Краснофлотец. — 1944. may.
  16. 1 2 3 4 Babayev, 1990. səh. 74
  17. "Наградной лист о присвоении Абасову ордена Отечественной войны I степени". podvignaroda.ru. 2010-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
  18. Babayev, 1990. səh. 66
  1. Bərdə və bərdəlilər (PDF) (500 nüs.). Bakı: Nərgiz nəşriyyatı. 2010. 448. ISBN 978-9952-8025-9-7.
  2. K. Babayev. Snayper. Sənədli povestdən. Bakı: Literaturnıy Azerbaydjan. 1990. səh. 66—74.