Mattias Hetsenauer

Mattias Hetsenauer (23 dekabr 1924, Briksen-im-Tale[d], Tirol[d]3 oktyabr 2004, Briksen-im-Tale[d], Tirol[d]) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş avstriyalı snayper. Mattiasın hesabında 345 nəfər öldürülmüş düşmən əsgəri var.[1] Onunla eyni polkda Vermaxtın ikinci ən məshuldar snayperi Yozef Allerberger xidmət etmişdi.

Mattias Hetsenauer
alm. Matthäus Hetzenauer
Şəxsi məlumatlar
Doğum tarixi 23 dekabr 1924(1924-12-23)
Doğum yeri
Vəfat tarixi 3 oktyabr 2004(2004-10-03) (80 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Üçüncü Reyx
Qoşun növü Heer (Vermaxt), quru qoşunları
Xidmət illəri 1943–1945
Rütbəsi yefreytor
Döyüşlər
Təltifləri Dəmir xaçın Cəngavər xaçı

Hetsenauer 1944-cü ildə martın 27-dən iyulun 16-na kimi snayper kurslarında hazırlıq keçib. 6 dəfə yaxınlaşdırma optikası olan Mauser 98k və 4 qat yaxınlaşdırma optikası olan Gewehr 43 snayper tüfənglərindən istifadə edib. O ən uzaq məsafədən öldürdüyü düşmən əsgərini 1.100 metr məsafədən vura bilib. 1944-cü il noyabrın 6-da artilleriya mərmisinin onun yaxınlığında partlaması nəticəsində kontuziya alıb. Döyüşlərdə göstərdiyi yüksək məhsuldarlığa və sərrastlığa görə Mattias 17 aprel 1945-ci ildə Dəmir Xaç Cəngavər Ordeninə layiq görülüb. Mattias müharibənin son günlərində Sovet Ordusuna əsir düşüb və QULAQda beş il məhbus həyatı yaşadıqdan sonra vətəni Avstriyaya geri dönüb.

  1. "Axis History Factbook: 3. Gebirgs-Divison". 2013-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-18.