Lüdmila Pavliçenko (rus. Людмила Михайловна Павличенко; 12 iyul 1916[1], Bila Çerkva, Kiyev quberniyası – 10 oktyabr 1974 və ya 27 oktyabr 1974[2], Moskva) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi. Sovet İttifaqı Qəhrəmanı (1943). Ən çox düşmən əsgər və zabiti öldürən qadın kimi tarixə düşüb. İkinci dünya müharibəsi zamanı 309 nəfər alman əsgər və zabitini öldürüb.[3]
Lüdmila Pavliçenko | |
---|---|
rus. Людмила Михайловна Павличенко | |
Şəxsi məlumatlar | |
Ləqəbi | "Xanım ölüm" |
Doğum adı | Людмила Михайловна Белова |
Doğum tarixi | |
Doğum yeri | Rusiya imperiyası |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Moskva, RSFSR |
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Uşağı | 1 |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Qızıl Ordu, SSRİ Hərbi Dəniz Qüvvələri[d], piyada |
Xidmət illəri | 1941-ci ildən |
Rütbəsi | Mayor |
Vəzifəsi | Snayper |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
1941-ci ilin iyununda, 24 yaşlı Pavliçenko, Nasist Almaniyasının Sovet İttifaqını işğal etdiyi zaman Kiyev Universitetində tarix oxuyurdu. Tarix fakültəsində oxuyarkən nişançı bacarıqlarını artırmaq üçün atıcılıq klubuna qatıldı. Orduya qoşulmaq istəyən Pavlichenko ilk könüllülərdən biri oldu və daha sonra Qırmızı Ordunun 25-ci Piyada Diviziyasına təyin edildi. Pavlichenko orduda tibb bacısı ola bilərdi, lakin imtina etdi. Qırmızı Ordunun 2000 qadın snayperindən biri oldu. Snayper olaraq, vəzifəsinə SVT-40 tüfəngi ilə iki düşmən əsgərini öldürməklə başladı. Odessanın müdafiəsində təxminən iki ay yarım döyüşdü və 187 düşmən əsgərini öldürdü. Rumlar Odessaya nəzarəti ələ keçirəndə, Sevastopol'a çəkildi və 8 ay daha döyüşdü, 257 alman əsgəri öldürdü. İkinci Dünya Müharibəsi zamanı 36 düşmən snayperi də daxil olmaqla 309 Alman əsgərini öldürdüyü təsdiqləndi. 1942-ci ilin iyununda Pavlichenko minaatan atəşindən yaralanır və sağaldıqdan sonra müharibədən çəkilir. 1942-ci ilin avqust ayında Kanada və ABŞ-yə ziyarət üçün göndərildi və prezident Franklin Ruzvelt onu Ağ Evdə qarşıladı. Bununla da Pavliçenko ABŞ prezidenti tərəfindən qəbul edilən ilk Sovet vətəndaşı oldu.
Amerikada çıxışında qısa nitqi kinci cəbhənin açılmasının lazım olduğunu göstərdi
"Cəmi 25 yaşım var, cəbhədə 309 faşisti məhv etməyi bacardım. Bəylər, uzun müddət arxamda gizləndiyinizi hiss etmirsiniz?"
27 oktyabr 1974-cü ildə Moskvada insultdan öldü
Silahları Moskvadakı "Mərkəzi Silahlı Qüvvələr Muzeyi"-ndə sərgilənir.