Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Məmməd İbrahim (24 noyabr 1966, Yevlax) — azərbaycanlı ictimai-siyasi fəal; sabiq siyasi məhbus; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət heyətinin üzvü.
Məmməd İbrahim | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 noyabr 1966 (56 yaş) |
Doğum yeri | |
Milliyyəti | Türk |
Partiya |
|
Təhsili | |
Atası | Əziz |
Anası | Qızxanım |
Uşaqları | Mehdi İbrahim, Turan İbrahim, Toğrul İbrahim. |
Hərbi xidmət | |
Xidmət illəri | 1985-1987 |
Vikianbarda əlaqəli mediafayllar |
Məmməd İbrahim 1966-cı il noyabrın 24-də Yevlax şəhərində anadan olub. O, 1983-cü ildə Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Baki Maliyyə-Kredit texnikumuna daxil olub. 1985-1987-ci ildə Sovet Ordusu sıralarında Krosnayarski diyarının Kansk şəhərində hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Maliyyə-İqtisad Kollecini bitirib. 1989-cu ildə Yevlax şəhər İctimai İaşə Birliyində təftişçi vəzifəsində çalışmışdır. Sovet İttifaqı dağıldıqdan sonra rəsmi iş yeri yoxdur.
1989-cu ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olan Məmməd İbrahim, 2012-ci ildən AXCP sədrinin müşaviri, 2015-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasınin Rəyasət Heyətinin üzvüdür.
2015-ci il sentyabrın 30-da Nərimanov rayon Polis İdarəsində Azərbaycanın Cinayət Məcəlləsinin 221-ci maddəsilə (xuliqanlıq) cinayət işi başlanıldı və Məmməd İbrahim şübhəli şəxs qismində saxlanıldı. Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) müavini Gözəl Bayramlı onun həbsini belə izah etdi: Cinayət işi bir müddət əvvəl AXCP sıralarından uzaqlaşan Razi Nurullayevin rəhbəri olduğu "AXCP Etimad Qurultayı" adlandırılan qurumun üzvü olan Mikayıl Quliyevin ərizəsi əsasında başlanılıb. Mikayıl Quliyev ərizəsində, Məmməd İbrahimin ona qəfil hücum etdiyini və vurduğunu göstərdi.
Məmməd İbrahim isə tam tərsi Mikayıl Quliyevin ona hücum etdiyini və təhqir etdiyini bildirdi.
2018-ci ildə azad olmağına bir gün qalmış, ona yeni qondarma cinayət işi açaraq, həbs müddəti 5ay 20 gün artırilib. 2019-cu il fevralın 13-də Suraxanı rayon Məhqəməsinin 10 yanvar 2019-cu il tarixli qərarından verilən apelyasiya ərizəsinə baxılıb.Cəzası 1ay 6 gun azaldılaraq azadlıga buraxılib.
Yeni həbsi və məhkəmə qərarı
2020-ci ildə Qarabağa dəstək yürüşündə iştirak etmədiyi halda, guya törədilən təxribatın təşkilatçı adı ilə şərlənərək, 26.07.2020 tarixdə saxta ittihamlarla həbs olunaraq 4 ay həbs yatdıqdan sonra, ev dustaqlığına buraxılıb. İstintaq başa çatdıqdan sonra, saxta ittihamlarla, Səbail məhkəməsinin sifarişli qərarı ilə 4 il 1 ay 13 gün şərti həbs cəzası almışdır.