Məmməd Rəhim oğlu Əliyev (rus. Мамед Рагимович Алиев; 25 oktyabr 1940, Maştağa – 4 mart 1988[1], Moskva) — professor ,fizika-riyaziyyat elmləri doktoru , molekulyar fizikanın bir çox sahələrinə elmi töhfələr bəxş etmiş azərbaycanlı Sovet fiziki. Onun elmi nailiyyətləri arasında molekulda mərkəzdənqaçma genişlənmə sabitinin tapılması metodunun kəşfi, dinamik effektlərin düzgün şərhini təklif etməsi və s. yer alır.
Məmməd Əliyev | |
---|---|
Məmməd Rəhim oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Maştağa, Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Ottava, Kanada |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Həyat yoldaşı | Elena Vladimirovna Alieva |
Uşağı | Gülşən Məmməd qızı Əliyeva |
Elm sahələri | Molekulyar fizika,Nəzəri fizika |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adları | Professor, SSRİ EA-da laboratoriya müdiri |
Alma-mater | BDU, Moskva Dövlət Universiteti |
Vikianbarda əlaqəli mediafayllar |
Məmməd Əliyev 1940-cı ilin 13 oktyabr tarixində Bakıda müsəlman ailəsində anadan olmuşdur (atası-Rəhim Əliəkbər oğlu Əliyev, anası-Gövhər Hilal qızı, dayısı-kimya elmləri doktoru, professor Ağarəfi Ağayev). Məmməd 17 yaşında Bakı şəhəri,Maştağa qəsəbəsində yerləşən 128 saylı tam orta məktəbi bitirmiş, 1957-ci ildə Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. Burada o, fizika-riyaziyyat ixtisasları üzrə təhsil almışdır. 1961-ci ildə Moskva Dövlət Universitetində aspirant təhsilini davam etdirmiş və doktor dərəcəsini almışdır. Daha sonra Rusiya Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən Spektroskopiya İnstitutunda ömrünün sonunadək çalışmışdır. O,1972–1986-cı illər ərzində Çexiyanın paytaxtı Praqada keçirilən ümumittifaq konfranslarında fəal iştirak etmiş və əldə etdiyi mühüm elmi nəticələrə görə Çexiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. Bundan əlavə Almaniya, Fransa, İngiltərə, Kanada kimi dövlətlərdə olan əməkdaşları ilə birlikdə bir çox məqalələr və əsərləri dərc olunmuşdur.
1988-ci ilin 4 martında Məmməd Əliyev ürək infaktından dünyasını dəyişib. O, Moskva şəhərində dəfn olunub.