Məmməd Bağırov (Bağırov Məmməd Adil oğlu; 12 dekabr 1960, Zəngibasar rayonu) — Rusiya alimi; Tibb elmləri doktoru. Rusiya Tibb Elmləri Akademiyası Mərkəzi Elmi‑Tədqiqat Vərəm İnstitutunun cərrahiyyə şöbəsinin rəhbəri.
Məmməd Bağırov | |
---|---|
Bağırov Məmməd Adil oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Masis rayonu, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elmi dərəcəsi | Tibb elmləri doktoru |
Təhsili |
Bağırov Məmməd Adil oğlu 1960-cı il dekabrın 12-də Ermənistan Respublikasının Masis rayonunda anadan olub. 1984-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib. 1985-1987-ci illərdə 53 nömrəli Moskva şəhər xəstəxanasında cərrah işləyib. 1987-ci ildə Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunda çalışıb. 1993-cü ildə namizədlik, 2003-cü ildə isə “Ağciyərin yayılmış və mürəkkəb fibrozkavernoz vərəmi xəstələrinin kompleks cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.[1]
M.Bağırov 1998-ci ildən Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun 2-ci cərrahiyyə bölməsinə rəhbərlik edib, 2011-ci ildə həmin institutun cərrahiyyə şöbəsinin müdiri təyin olunub.
O, Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun və Rusiya Federasiyasının aparıcı ftiziocərrahıdır. Eyni zamanda vərəm, həmçinin ağciyər və plevranın digər patologiyaları:
bronxların transsternal tıxanması, pulmonektomiya, plevropulmonektomiya, əməliyyat olunmuş ağciyərin götürülməsindən əvvəl lobektomiya, bilobektomiya, kombinə edilmiş anatomik rezeksiyalar, seqmental anatomik rezeksiyalar, əməliyyat edilmiş ağciyərin təkrar rezeksiyaları, bronxial gövdə rerezeksiyaları, kollaps-cərrahiyyə əməliyyatları (silikon möhürlə ekstraplevral pnevmoliz, torakoplastiklər), plevra patologiyasında müxtəlif əməliyyatlar, sinədaxili limfa düyünlərinin patologiyalarında əməliyyatlar zamanı bütün növ operativ müdaxilələri yerinə yetirir.
O, ağciyər vərəmi, lazerin tətbiqi ilə operativ müdaxilə üzrə müxtəlif metodların müəllifidir. 100-dən çox elmi iş, 4 metodiki tövsiyə hazırlayıb, ağciyərdə texniki əməliyyatların işlənməsi və modifikasiyasına həsr olunan 5 patentin müəllifidir.
M.Bağırov uzun illər ərzində Rusiya Diplomdansonrakı Təhsil Tibb Akademiyasının torakal cərrahiyyə kafedrasında və Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun tədris mərkəzində həkimlərin diplomdansonrakı təhsili çərçivəsində mühazirələr oxuyur.
2011-ci ildə Rusiyada tibbin inkişafına verdiyi böyük töhfəyə görə RF Prezidentinin yazılı təşəkkürnaməsinə layiq görülüb.